Türkiyədə ölən xilasedici it üçün heykəl ucaldılacaq
Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin Türkiyədə heykəli ucaldılacaq.
"Qafqazinfo" "Milliyet"ə istinadən xəbər verir ki, itin heykəli Sarıyerdə ucaldılacaq.
Belə ki, 2011-ci ildə Vanda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri zamanı həyatını itirən yaponiyalı könüllü Atsuşi Miyazaki adına parkda Miyazaki və qəhrəman it Proteonun anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç bildirib ki, bu parkda Proteonun heykəli qoyulacaq.
Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.
Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1555 Tarix: 22 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada anormal istilər iqtisadi artımı məhv edir
Bu ilki qeyri-adi isti yay Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələcək ki, bu da ÜDM-in təxminən 1%-nə bərabərdir. xəbər verir ki, yeni təhlilə görə, bu məbləğ blokun 2026-cı ilə qədər əldə etməsi gözlənilən bütün iqtisadi artıma bərabərdir. Triodos Bankının araşdırmasına görə, Frans
11 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqustUşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın
11 avqustRusiya İranda yeni nüvə elektrik stansiyaları tikməyə davam edir
İranın Buşehr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi davam edir. xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev bildirib. "Meydanda 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının tikintisi davam edir, eləcə də hidravlik qurğularda hazırlı
10 avqustYnet: "İsrail Hizbullahın pul damarlarını kəsir - "səssiz müharibə" güclənir
İsrail və ABŞ son aylarda Hizbullahın yalnız hərbi imkanlarına deyil, təşkilatın maliyyə sisteminə də zərbə vurmağa çalışır. Bank filiallarına, valyutadəyişmə məntəqələrinə və gəlir gətirən obyektlərə qarşı həyata keçirilən tədbirlər, Livan hökumətinin maliyyə sisteminə nəzarəti sərtləşdirməsi və İranda
10 avqust