Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Dava zamanı qohumlarını ayıran polis öldürüldüTürkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb.

Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb.

İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib.

Bu zaman polis əməkdaşı Seyfullah Orçan araya girərək qohumlarını sakitləşdirməyə və davanı dayandırmağa çalışıb. Lakin onun əmisi oğlu Alihan Orçanın ov tüfəngindən açdığı atəş nəticəsində polis ağır yaralanıb.

Hadisə yerinə dərhal jandarma və təcili tibbi yardım briqadaları çağırılıb. Yaralı polis təcili yardım avtomobili ilə Türkoğlu Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan Alihan Orçan jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, həyatını itirən Seyfullah Orçan Qaziantepin Nurdağı rayonunda polis əməkdaşı kimi çalışırmış. O, hadisə zamanı məzuniyyətdə olub.

Faktla bağlı araşdırma aparılır./lent.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 132   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

ABŞ və Avropa qrupları Husilər Ər-Riyad hava limanına hücum etdikdən sonra səyahət xəbərdarlıqları yayıblar

ABŞ-ın İordaniyadakı səfirliyi cümə günü Yaxın Şərqdəki amerikalılara regiondakı mövcud düşmənçiliklər fonunda səyahət tövsiyəsi verib. The Jerusalem Post-a istinadən xəbər verir ki, bu xəbərdarlıq xüsusilə də Husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad hava limanına hücumuna işarə edib. Səfirlik yazı

10 oktyabr
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10 oktyabr
.

Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib

Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu

11 oktyabr
.

Tramp Ağ Evə yeni mətbuat katibi təyin etdi

"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]

10 oktyabr
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

11 oktyabr
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10 oktyabr
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10 oktyabr
.

FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib

ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün

11 oktyabr