Saakaşvili Ərdoğana başsağlığı verib
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili prezident Rəcəb Tayyib Ərdoğana Türkiyədə baş verən zəlzələlərlə bağlı başsağlığı verib.
Sonxeber.az xəbər verir ki, 2021-ci il oktyabrın 1-də Gürcüstanda həbs edilən sabiq prezident Mixail Saakaşvili müalicə aldığı klinikadan prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Ölkənizdə baş verən faciə ilə bağlı səmimi və dərin başsağlığımı qəbul edin. Baş verən faciədən Gürcüstan və Ukraynada dərin hüznlə kədərlənirik və oradakı vətəndaşlar, türk qardaşlarımızın acısını hiss edirik" ,- deyə Saakaşvili rəsmi sosial media hesabında türkcə yayımladığı mesajında qeyd edib.
"Əminəm ki, bu vəziyyəti idarə etməniz Türkiyənin zəlzələlərin nəticələrini mümkün qədər aradan qaldırmasına kömək edəcək " ,- deyə sabiq prezident əlavə edib.
Qeyd edək ki, fevralın 6-sı Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Fevralın 20-si isə Hatayda 6,4 bal gücündə zəlzələ olub.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb