Yaponiyanın cənubunda şübhəli obyekt sahilə düşüb
Yaponiyanın cənubundakı Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində şübhəli obyektlər aşkar edilib.
Sonxeber.az xəbər verir ki, Enşu çimərliyində tapılan naməlum obyekt barədə yerli hakimiyyət orqanlarına məlumat verildikdən sonra hadisə yerinə polis göndərilib.
Bildirilib ki, diametri 1,5 metr olan sferik obyekt tamamilə paslanıb və üzərində çıxıntı var.
X-şüaları ilə müayinədən sonra boş olduğu aşkarlanan obyektin partlama riski daşımadığı bildirilib.
Qeyd edilib ki, yerli polis təhlükəsizlik məqsədilə obyektin ətrafını 200 metr mühasirəyə alıb və bir müddət mülki girişlərə bağlayıb.
Obyektin fotoşəkillərinin Yaponiya özünümüdafiə qüvvələrinə (SDF) və sahil mühafizəsi ekspertlərinə göndərildiyi bildirilir.
Ölkə mətbuatında obyektin dəniz minası kimi qiymətləndirildiyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1334 Tarix: 22 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabr