Finlandiyadan Türkiyənin zəlzələ bölgələrinə yardımlar davam edir

Finlandiyadan Türkiyənin zəlzələ bölgələrinə yardımlar davam edirKahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyənin Helsinki səfirliyinin koordinasiyası ilə Finlandiyadan Türkiyəyə yardım göndərilməsi davam edir.
Sonxeber.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Finlandiyanın Vanta, Pori və Lahti şəhərlərində türk dərnəklərinə məxsus binalar yardım toplama mərkəzi olaraq təyin edilib və zəlzələ qurbanlarının prioritet ehtiyacları ilə bağlı maddi siyahılar vətəndaşlara açıqlanıb. .

Bu çərçivədə vətəndaşların sıx dəstəyi ilə toplanan maddi yardımlar Türk Hava Yollarının (THY) yük reysləri və Türkiyə vətəndaşlarının öz imkanları ilə təmin etdiyi TIR ilə qurudan daşınıb.

İndiyədək Türkiyə vətəndaşları tərəfindən 1850 adyal, 605 yataq çantası, 64 çarpayı, 9 çadır, 75 qızdırıcı, 20 işıqlandırma cihazı, 12 ton geyim, 6 ton gigiyena materialı və 1 ton ərzaq toplanıb.

Finlandiya hökuməti həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası vasitəsilə Türkiyə və Suriyaya ümumilikdə 1 milyon avroluq humanitar yardım edəcəyini açıqlayıb.

Finlandiya hökumətinin bağışladığı, qış şəraitinə uyğun, qızdırılan və hər biri 10 nəfərlik 300 böyük çadır fevralın 11-də Türkiyəyə gətirilib.

Bundan əlavə, Finlandiya Qızıl Xaç Cəmiyyəti zəlzələdən sonra mərhələli şəkildə Türkiyəyə 5 yük maşını yardım materialı göndərib. Bu çərçivədə ümumi yardım ailələr üçün 300 çadır, 4334 yataq döşəyi, 3160 səyahət çarpayısı, 4000 ədyal və döşək, 1500 döşək, 80 çöl çarpayısı və 200 yataq çantasından ibarət olub. Bildirilib ki, bu materialın xərcləri Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən qarşılanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1043   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

11 oktyabr
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11 oktyabr
.

Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq

Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya

11 oktyabr
.

Parisin ən qədim ərzaq bazarı yanıb

Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl

12 oktyabr
.

Gömrükdən 67 piton keçirənlər saxlanıldı

Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük

11 oktyabr
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

11 oktyabr
.

Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı

Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu

11 oktyabr
.

Britaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?

Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer

11 oktyabr
.

FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib

ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün

11 oktyabr