Professor Şenay: "Ermənistan Xocalı faciəsini tanımalıdır"
"Münaqişədən sonrakı reallıqlar kontekstində Ermənistan Xocalı faciəsini tanımalıdır".
"Report" xəbər verir ki, bunu Türkiyənin Uludağ Universitetinin din və mədəniyyət tarixi kafedrasının professoru Bülənt Şenay İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İAM) təşkilatçılığı ilə "Sülh və keçid dövrü ədaləti" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, sülh üç yolla əldə edilə bilər: diplomatiya, iqtisadiyyat və mədəniyyət:
"Ədalət sülhün və harmoniyanın bərqərar olmasına gətirib çıxarır. Ədalət yalnız bir hadisəyə və ya obyektə şamil edilə bilən bir şey deyil, ədalət hamı üçün birdir. Dünən Ağdamda etdiyimiz kimi ədalətdən, sülhdən danışmaq, ona çağırış etmək bizim missiyamızdır".
Nizami Gəncəvidən sitat gətirən professor qeyd edib ki, onun yaradıcılığının əsasını ədalət anlayışı təşkil edir:
"Ona görə də biz bu fikri əsas götürməliyik: ədalət sülhə aparır, gələcəkdə bu dəyəri gələcək nəslə xüsusilə aydın şəkildə çatdırmaq lazımdır ki, belə faciələr təkrarlanmasın. Münaqişədən sonrakı reallıqlar kontekstində Ermənistan Xocalı faciəsini tanımalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb