"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə qədər bu təşkilat kifayət qədər nüfuz qazana bilməmişdir" - Deputat

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə qədər bu təşkilat kifayət qədər nüfuz qazana bilməmişdir" - Deputat"Danılmaz bir həqiqətdir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə qədər bu təşkilat beynəlxalq aləmdə kifayət qədər nüfuz qazana bilməmişdir. 2019- cu ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə 2019 - 2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibinə çevrilməyə başladı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə qədər bu təşkilat kifayət qədər nüfuz qazana bilməmişdir" - DeputatDeputat həmçinin qeyd edib ki, zirvə görüşündə Prezident cənab İlham Əliyevin Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti, pandemiya ilə mübarizədə təşkilatın sədri qismində Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından, eləcə də dünyada hökm sürən ikili standartların mövcud olması səbəbindən bir çox ölkələrin bundan əziyyət çəkmələri barədə çıxışı böyük rəğbətlə qarşılandı.

"Ölkəmizin bu təşkilata verdiyi töhfələri nəzərə alaraq üzv dövlətlər Azərbaycanın sədrlik müddətini 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul etdilər. Bu müddət ərzində Qoşulmama Hərəkatının Bakıda çox əhəmiyyətli və dünya üçün vacib bir neçə Zirvə toplantısı keçirilmişdir. Cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVİD-19 qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti, pandemiya ilə mübarizədə təşkilatın sədri qismində Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından, eləcə də dünyada hökm sürən ikili standartların mövcud olması səbəbindən bir çox ölkələrin bundan əziyyət çəkmələri barədə çıxışı böyük rəğbətlə qarşılandı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Koronavirusla mübarizədə dünyada səylərin səfərbər edilməsi üçün Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və bu sessiya baş tutmuşdu. "Peyvənd millətçiliyi"nə qarşı , eləcə də peyvəndlərin bütün dövlətlər arasında ədalətli paylanması təşəbbüsü də məhz cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkə başçımızın bu təklifi bütün dünya tərəfindən böyük rəğbətlə qarşılanmışdır" ,- deyə o bildirib.

Deputat əlavə edib ki, Prezident cənab İlham Əliyev əvvəlki çıxışında və bu dəfəki Qoşulmama Hərəkatının Zirvə görüşündə bir daha BMT-nin nizamnaməsində islahatlar aparılmasının vacibliyini səsləndirdi. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması artıq reallaşdırılmalıdır. Afrika dövlətləri, Qoşulmama Hərəkatına üzv dövlətlərdən biri, eləcə də 2 milyarddan çox əhalisi olan islam dövlətlərinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatını təmsil edən ölkə Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunmalıdır:

"Qoşulmama Hərəkatının inkişafı və güclənməsi istiqamətində təşkilatın sədri kimi Prezident cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdu. Məhz ölkə başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. Prezident cənab İlham Əliyev dünyanı narahat edən ən böyük problem - Şərq-Qərb qarşıdurmasını və bundan bir çox dövlətlərin əziyyət çəkməsini gündəmə gətirdi. Özünü demokratik, insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransa, əslində kiçik, zəif dövlətləri müstəmləkə altında saxlayan, xalqları soyqırıma məruz qoyan bir dövlətdir. Fransa Afrika, Cənub-Şərqi Asiya və digər bölgələrdə Qoçulmama Hərəkatına üzv olan ölkələrdə qanlı cinayətlər törətmiş və bu ölkələri öz müstəmləkəsinə çevirmişdir. Ölkə başçımız Zirvə görüşündə qətiyyətli şəkildə Fransanın törətdiyi cinayətləri bir daha bütün dünyaya bəyan etdi. Bu vaxta qədər heç bir dövlət başçısı Fransanın törətdiyi bu cinayətləri açıq şəkildə söyləməmişdir. Fransa kimi bir dövlətin BMT TŞ -nın daimi üzvü kimi qalması qəbuledilməzdir. Müstəmləkə siyasəti aparan Fransanın Təhlükəsizlik Şurasında başqa ölkələrin taleyinin həllində rol oynaması yol verilməzdir.
Bu gün BMT-nin işlək bir qurum olmaması hər kəsə məlumdur. Təhlükəsizlik Şurasının beş daimi üzvü özlərinə sərf edən qərar və qətnamələr qəbul edir və digər dövlətlərin hüüuqlarını, eləcə də beynəlxalq hüququn prinsiplərini kobudcasına pozurlar. Prezident cənab İlham Əliyev əvvəlki çıxışında və bu dəfəki Qoşulmama Hərəkatının Zirvə görüşündə bir daha BMT-nin nizamnaməsində islahatlar aparılmasının vacibliyini səsləndirdi. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması artıq reallaşdırılmalıdır. Afrika dövlətləri, Qoşulmama Hərəkatına üzv dövlətlərdən biri, eləcə də 2 milyarddan çox əhalisi olan islam dövlətlərinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatını təmsil edən ölkə Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunmalıdır. Ümüd edirəm ki, Prezident cənab İlham Əliyevin irəli sürdüyü ədalətli və dünya üçün əhəmiyyətli təkliflər bütün dünya ölkələri tərəfindən dəstəklənəcək və dünyada yeni, ədalətli bir nizam yaranacaq. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin güclü siyasi lider olduğu bir daha öz təsdiqini tapdı".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 971   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr