"Dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən gedə bilərsən" - Akşener
"Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən gedə bilərsən".
Bunu İYİ Partiya sədri Meral Akşener "altılı masa"nı tərk etməsinin səbəbindən bəhs edərkən deyib.
"Masadakı üzvlərin hamısı görüşüb razılaşdılar. Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən gedə bilərsən", - deyə Akşener vurğulayıb.
Xatırladaq ki, "altılı masa"da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının "altılı masa"nı tərk etdiyini açıqlayıb./Qafqazinfo
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1231 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkəyə gedəndə burka geyinmək qadağandır
İspaniyanın məşhur turistik adalarında ənənəvi müsəlman geyim növlərindən birinin qadağan olunması gündəmə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Balear adalarında burkanın (gözlər daxil bədənin bütün əzalarının bağlı olduğu geyim növü) geyinilməsinə qadağa tətbiq oluna bilər. Qaydan
15 iyunABŞ Hörmüz boğazı yaxınlığında İranın bir neçə dronunu vurub
ABŞ hərbi qüvvələri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran pilotsuz uçuş aparatını (PUA) məhv edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, zərərsizləşdirilmiş sözügedən dronlar tranzit yük daşımaları üçün təhlükə mənbəyi olub. Məsəl
13 iyunPiton ilanı qadını uddu - DƏHŞƏT
İndoneziyanın Şimali Maluku əyalətində nəhəng ilan qadını udub. xarici KİV-ə istinadla bildirir ki, 44 yaşlı Yelizavet Yamalau evinin yaxınlığında mal-qaraya nəzarət edirmiş. Bu zaman kolluqlarda gizlənən piton qəfil ona hücum edərək ayağından yapışıb. Daha sonra ilan qadının bədəninə sarılaraq onu boğub
14 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyun37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib. xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itki
14 iyunArıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı
Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd
14 iyun