Ailələrə uşaq sayına görə pul veriləcək?

Ailələrə uşaq sayına görə pul veriləcək?Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərinin yaradılması məsələsi müzakirə oluna bilər. Belə bir sistem ailələrə birbaşa ödənişdən əlavə, mənzil, təhsil və digər sosial ehtiyaclar üzrə müxtəlif güzəştlər formasında da tətbiq edilə bilər.

Azərbaycanda uşaqlı ailələrə uzunmüddətli maddi dəstək üçün hansı yeni mexanizmlər yaradıla bilər? Belə bir sistemdə ailələrə maliyyə yardımı ilə yanaşı, mənzil, təhsil və digər sahələr üzrə hansı güzəştlər nəzərdə tutula bilər?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli ilk növbədə çoxuşaqlı ailə anlayışının hansı meyarlar əsasında müəyyənləşdirildiyinə yenidən baxılmalıdır deyib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında deputat Vüqar Bayramov tərəfindən ailədə minimum üç uşağın çoxuşaqlı ailə hesab edilməsi və həmin ailələrdə hər bir uşaq üçün ayrıca müavinət müəyyənləşdirilməsi ilə bağlı təklif səsləndirilib: "Əgər ailədə üç və daha çox uşaq varsa, onların çoxuşaqlı ailə kateqoriyasına daxil edilməsi həm mövcud demoqrafik vəziyyət baxımından, həm də ailələrin stimullaşdırılması baxımından əhəmiyyətli ola bilər. İki uşaqlı ailələr üçün də bu, üçüncü övladın dünyaya gətirilməsi baxımından əlavə stimul yarada bilər. Bu isə əhalinin demoqrafik göstəricilərinin yaxşılaşdırılmasına və ölkə əhalisinin sayının artmasına müəyyən töhfə verə bilər".

Ekspert Rusiyada uşaqlı ailələrə tətbiq olunan maliyyə dəstəyi mexanizmlərinin də nəzərdən keçirilə biləcəyini bildirib: "Rusiyada uşağın doğulması ilə bağlı ailələrə birdəfəlik ödənişlər və digər maliyyə dəstəyi mexanizmləri mövcuddur. Azərbaycanda da uşaqların sayından asılı olaraq fərqli sosial dəstək mexanizmlərinin tətbiqi məsələsinə baxmaq olar. Bunun üçün ilk növbədə çoxuşaqlı ailə anlayışının hansı həddən başladığı dəqiq müəyyənləşdirilməlidir".

İ.Hüseynli hesab edir ki, Azərbaycanda hazırda çoxuşaqlı ailə statusunun beş və daha çox uşağı olan ailələrə şamil edilməsi məsələsi də yenidən nəzərdən keçirilə bilər: "Hazırda beş və daha çox uşağı olan ailələrin sayı kifayət qədər azdır. Buna görə də meyarın beş uşaqdan müəyyənləşdirilməsi nəticə etibarilə bu kateqoriyaya düşən ailələrin sayının məhdud qalmasına səbəb olur. Əgər məqsəd uşaqlı ailələrə daha geniş sosial dəstək göstərmək və doğumun stimullaşdırılmasıdırsa, bu meyarın dəyişdirilməsi məsələsi müzakirə olunmalıdır".

Ekspert vurğulayıb ki, uşaqlara verilən müavinət yalnız maddi yardım kimi qiymətləndirilməməlidir: "Uşaq müavinəti sosial siyasətin tərkib hissəsi və ailələrin sosial təminat mexanizmlərindən biri kimi nəzərdən keçirilməlidir. Sosial yardım ilə sosial müavinət arasında fərq qoyulmalıdır. Maddi çətinlik yaşayan və sosial dəstəyə ehtiyacı olan ailələrə göstərilən yardım bir mexanizmdir, uşağa görə verilən müavinət isə daha geniş sosial siyasətin tərkib hissəsidir. Bu kateqoriyalar bir-birindən fərqləndirilməli və uşaqlı ailələrin dəstəklənməsi ilə bağlı daha sistemli mexanizmlər formalaşdırılmalıdır".

İ.Hüseynlinin fikrincə, belə mexanizmlərin tətbiqi həm ailələrin sosial yükünün azaldılmasına, həm də demoqrafik siyasətin gücləndirilməsinə xidmət edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 101   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?

Məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, məsuliyyət və davranış mədəniyyəti qazandığı bir mühitdir. Bu mühitdə nizam-intizamın qorunması, müəyyən edilmiş qaydalara əməl olunması və qarşılıqlı hörmətin təmin edilməsi təhsilin ayrılmaz hissəsidir

9 oktyabr
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki

10 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr