"Bu təxribat Paşinyanın da istəklərinə ziddir" - Qabil Hüseynli

"Bu təxribat Paşinyanın da istəklərinə ziddir" - Qabil HüseynliXankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən Ermənistanın nəqliyyat vasitəsi sıradan çıxarılıb.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, rus sülhməramlıları bölgədə pozitiv rol oynaya bilmir, əksinə, həm separatçıları qoruyur, həm də alternativ yolun, yəni Ermənistanla birləşdirən yolun işləməsini təmin ermək üçün səy göstərir.

O həmçinin qeyd edib ki, Azərbaycan ordusunun başqa çıxış yolu qalmır. Ermənilərin süni şəkildə gərginləşdirdiyi vəziyyəti Azərbaycan ordusu müəyyən dairələrə ultimatum verdikdən sonra nəticəsi olmayacağı təqdirdə anti-terror əməliyyatlarına başlaya bilər.

"Separatçılara Ermənistandan silah yardımı göstərirlər. Üstəlik Ruben Vardanyanın Qarabağın ermənilər yaşayan hissəsinə gəlməsi barədə məlumatlar var. Özü müsahibəsində bunu bildirib. Separatçı rejimin liderləri vəziyyəti gərginləşdirir.Azərbaycanla toqquşmaya gedə bilərlər, amma onların kifayət qədər gücü yoxdur. Onları arxayın edən yeganə qüvvə ərazilərimizdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarıdır. Onlar Moskvada imzalanmış üçtərəfli sazişə uyğun olaraq çoxdan oradan çıxarılmalı, həmin yerlərdə rus sülhməramlıları yerləşməli idi. Rusiya öz üzərinə düşəni etmədi. Ermənistan silahlı qüvvələrinin orada qalması üçün hər cür şərait yaradıldı. Rus sülhməramlıları bölgədə pozitiv rol oynaya bilmir, əksinə, həm separatçıları qoruyur, həm də alternativ yolun, yəni Ermənistanla birləşdirən yolun işləməsini təmin ermək üçün səy göstərir. Öz ərazimizdə bizə qarşı olan qüvvələrin sayı artıb. Rus sülhməramlıları bizimlə səmimi münasibətdə deyildi. Ərazilərimizdə olan erməni qüvvələrinin qalıqları da hərəkətə gəlib Şuşa və Ağdamı atəşə tuturlar, bölgədə gərginlik yaradırlar. Ona görə də Azərbaycan ordusunun başqa çıxış yolu qalmır. Ermənilərin süni şəkildə gərginləşdirdiyi vəziyyəti Azərbaycan ordusu müəyyən dairələrə ultimatum verdikdən sonra nəticəsi olmayacağı təqdirdə anti-terror əməliyyatlarına başlaya bilər. Bu əməliyyat ərazilərimizdə qeyri-qanuni yerləşdirilmiş qüvvələrin ərazimizdən çıxarılmasına yönələcək" ,- deyə politoloq bildirib.

Qabil Hüseynli əlavə edib ki, bu təxribatın Paşinyanın göstərişi ilə olduğunu iddia etmir. Bu Ermənistandakı revanişt qüvvələr və Rusiyanın bəzi qüvvələrinin təxribatıdır :
"Ermənistandan silah daşınmasının səbəbi Qarabağda silah-sursat çatışmazlığıdır. Mən iddia etmirəm ki, bu, Paşinyanın göstərişi ilə edilib. Ermənistan hakimiyyətində kifayət qədər revanşist qüvvələr, Qarabağ klanının adamları var .Onlar Qarabağın ermənilər yaşayan hissəsini Azərbaycana təslim etmək fikrində deyillər. Mən çəkinmədən deyəcəm ki, Rusiya sülhməramlıları ilə birlikdə aventura düzüb qoşdular. Təxribat Nikol Paşinyanın da istəklərinə ziddir. Bu təxribat Qarabağda yenicə başlamış ermənilərin Azərbaycana reinteqrasiya prosesinə tormoz vurmaq məqsədi daşıyır. Təxribatda Rusiyanın müəyyən qüvvələrinin olduğunu çəkinmədən demək lazımdır .Üstəlik Avropa Birliyindən gələn mülki müşahidəçilərin də gəlməsi Ermənistanın müəyyən dairələrinə təkan verib. Mürəkkəb proseslər gedir, amma Azərbaycan lazım olan tədbirləri görür".

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Bu təxribat Paşinyanın da istəklərinə ziddir" - Qabil HüseynliŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1367   Tarix: 06 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr