Qadınlar onun dərdindən öldülər, 41 il arvadını gizlətdi - Çeki Çan barədə bilmədikləriniz

Qadınlar onun dərdindən öldülər, 41 il arvadını gizlətdi - Çeki Çan barədə bilmədiklərinizBu gün sizə elə bir aktyor haqqında məlumatlar verəcəyik ki, onu mütləq tanıyırsınız və böyük ehtimalla sevirsiniz. Onun titullarını saymaqla bitməz. Aktyor, kaskadyor, kinorejissor, prodüser, bəstəkar, mahnı ifaçısı (1980-ci ildən bu yana onlarla disk buraxdırıb), döyüş ustası, UNİSEF-in xoş məramlı səfiri, Britaniya İmperiyası Ordeninin kavaleri, Çinin ən qədim kinostudiyalarından birinin baş rejissoru, öz şəxsi kinostudiyasının təsisçisi və rəhbəri, 100 dən artıq filmin baş rol oyunçusu, "Oskar" mükafatçısı, Ginnes rekordçusu...

Saydıqca nəfəs tükənir deyilmi? Söhbət məşhur aktyor Çeki Çandan gedir. Lent.az "Göz önündə" layihəsində bu sevilən aktyor haqqında maraqlı faktları təqdim edir.

O 1954-cü il aprel ayının 7-də Honqonkdda doğulub. Hazırda ABŞ və Honkoq vətəndaşıdır. Çində onu Sin Lun adı ilə tanıyırlar.

Dünyanın ən sevilən və populyar aktyorlarından biridir. Çin mədəniyyətini Amerikada tanıdan və sevdirən, öz köklərinə bağlı insandır Ceki Çan. O, 2 dəfə Ginnesin "Rekordlar kitabı"na düşüb. Birinci də çəkdiyi "Tanrının zirehi" filmində titrlərdə adı ən çox gedən adam kimi. Bu filmin çəkilişi zamanı o düz 15 adamın işini görüb . İkinci dəfə filmlərdə ən çox tryuklar edən aktyor kimi rekordçu olub. O Hollivudda şöhrət tapmış özünə yer eləmiş azsaylı əcnəbi aktyorlardandır.

Dediyinə görə, şən döyüşçü obrazını Bryus Linin dəli və çılğın döyüşçü obrazına zidd olsun deyə yaradıb. Şən, tənbəl, amma ailəcanlı, sadə, sona qədər mübarizə aparıb qələbə çalan Ceki obrazları tezliklə Bryus Linin qəhrəmanlarını kölgədə qoydu, Lidən sonra film dünyasına daha bir "Əjdəha" gəldi. Asiyada onların ikisini də "Əjdəha" adlandırırlar.

2000-ci ildən bu yana Ceki Çan qəhrəmanları filmlərinin süjet xətləri ilə eksperimentlər edir. Yeniliklərə can atır. O bütün tryuklarını tək başına edir, kaskadyorların xidmətinə üz tutmur, çox zaman başqa aktyorların dublyoru kimi çıxış edirdi. Film çəkilişlərində o qədər ağır yaralar alıb, ölümdən dönüb ki, daha sığorta şirkətləri onunla işləmək istəmirlər.

Ceki Çan sürət həvəskarıdır. Tez- tez avtomobil yarışlarına qatılır və hətta qalib olur. Bundan əlavə antikvar avtomobillərdən ibarət kolleksiyası da var.

Müsahibələrində bildirib ki, o yaxşı döyüşməyi bacaran aktyordur, aktyorluq etməyi bacaran döyüşçü deyil.

Çəkilişlərdən biri zamanı ölümcül kəllə-beyin travması alıb. Kəllə sümükləri sınır, beyni xəsarət alır. Onun yaşayacağına kimsə ümid etmirdi. O isə əksinə, həm yaşadı, həm də yenidən təhlükəli tryuklar qurdu. Dəfələrlə çanaq sümüyü, burun, əl, qol, ayaq sümüklərini, qabırğalarını qırıb, amma yenə dinclik tapmayıb. Ona soruşanda, "qocalıb tryurkları edə bilməyəndə nə edəcəksən?" Cavab verir ki, "sənətini gənclərə öyrətmək istəyirəm, Ceki gedər başqaları gələr". Amma çətin ki, bu şən, sevimli insanın yerini kimsə tutar.

Şəxsi həyatı da çox maraqlıdır. Çeki Çan evli olduğunu düz 40 il gizlətməyi acarıb. Hamı onu subay bilirdi, hətta oğlunun varlığından belə kimsənin xəbəri yox idi. Daima göz önündə olan ulduz aktyor bunu bir cəsus dəqiqliyi ilə bacarmışdı. Sonralar evli olduğunu açıqlayanda bunu həm fanatı olan qadınları incitməmək, həm də ailəsinin qulaq dincliyi üçün etdiyini deyib. Bu arada qeyd etmək yerinə düşər ki, Ceki Çana görə dəfələrlə intihar edən qadınlar olub. Xüsusən Çində və Yaponiyada onun sözün həqiqi mənasında dərdindən ölənlər olub.

O, 41 ildir tayvanlı aktrisa Lin Funqyu ilə evlidir. Bu evlilikdən bir oğlu var. 1984-cü il təvəllüdlü oğlu Çan Zumin Qərb tərbiyəsi ilə böyüyüb və bu milli dəyərlərə önəm verən Çekinin heç xoşuna gəlmir. Oğlu narkotikdən istifadəyə görə həbsdə olub.

Onun nikahdankənar bir qızı da var. Etta Çjolin 1999 doğumludur, anası aktrisa Eleyn U Çilidit. Çan qızını qəbul etsə də, tərbiyəsində iştirak etməyib, qızı ondan kənarda böyüyüb. Ceki mənəvi dəyərlərə üstünlük vermədiyinə görə, qızı ilə də yola gedə bilmir.

Ceki Çan mirasının yarısını xeyriyyə işlərinə vəsiyyət edib.

Bu gün o dünyanın ən uğurlu, ən çox qazanc əldə edən, ən çox xeyriyyə işləri görən aktyorlarından biridir. Yenə yaradır, yenə sevilir, yenə həmişəki kimi şən və çevikdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2830   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021