Ukrayna: "Rusiya gecə saatlarında 7 bölgənin enerji infrastrukturuna hücum edib"
Ukraynanın Energetika Nazirliyi Rusiyanın bu gecə Ukraynanın 7 bölgəsindəki enerji obyektlərinə hücum etdiyini bildirib.
Sonxeber.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, bu gecə Rusiya Ukraynanın enerji infrastrukturuna növbəti barbar hücumu həyata keçirib.
"Hücumlar nəticəsində Zaporojye Atom Elektrik Stansiyasını qidalandıran son xətt zədələnib. Hazırda stansiya dizel generatorları ilə işləyir" ,- açıqlamada bildirilib.
Açıqlamaya görə, martın 9-da saat 06.30-a olan məlumata görə, Kiyev, Nikolayev, Xarkov, Zaporojya, Odessa, Dnepropetrovsk və Jitomir vilayətlərinin enerji obyektlərinə hücumlar qeydə alınıb.
Ukraynanın Dövlət Nüvə Enerjisi Şirkəti Energoatom, raket hücumu təhlükəsi səbəbiylə ümumi gücü 9 min meqavat olan Pivdennoukrainsk, Xmelnitski və Rivne nüvə stansiyalarının gücünün 4700 meqavata endirildiyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1189 Tarix: 09 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabr