İsrailin kəşfiyyat nazirinin Bakı səfərinin pərdəarxası məqamları – İran nədən rahatsızdır?

İsrailin kəşfiyyat nazirinin Bakı səfərinin pərdəarxası məqamları – İran nədən rahatsızdır?"İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıdadır. Bundan başqa forumda İsrailin keçmiş xarici işlər və daxili işlər nazirləri də iştirak edir".

Bu sözləri politoloq Elxan Şahinoğlu İsrail dövlətinin kəşfiyyat naziri Gila Gamlielinin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri günü-gündən inkişaf edir və bu heç bir ölkəni, xüsusilə də İranı narahat etməməlidir:

"Azərbaycan müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdür. Bizim İsrail ilə münasibətlərimiz heç bir ölkəyə qarşı deyil. Bu mənada bu məsələnin başda İran olmaqla heç bir ölkəyə aidiyyəti yoxdur.

Azərbaycanın İsraildə səfirliyi də artıq fəaliyyət göstərir. Bu gün iki ölkə arasında bir çox sahədə əməkdaşlıq mövcuddur. Azərbaycan Türkiyənin Ceyhan limanı vasitəsilə İsrailə neft ixrac edir. Hansı ki, rəsmi Bakının İsrailə ixrac etdiyi neft bu ölkənin ümumi tələbatının 30-40 faizini ödəyir".

Politoloqun sözlərinə görə, İranın Ermənistanla münasibətləri Azərbaycanı narahat etmədiyi kimi İsraillə münasibətlərimiz də rəsmi Tehranı narahat etməməlidir:

"Lakin biz bunun tam əksini görürük. İran İsrail ilə münasibətlər fonunda yenə Azərbaycanı hədələyir. İran xarici işlər nazirinin Türkiyəyə sonuncu səfəri zamanı birbaşa olmasa da dolayı yolla rəsmi Bakını hədələməsi buna misal ola bilər. İranın bu məsələdəki siyasi, təxribat xarakterli bəyanatları və ümumilikdə nə düşündüyü bizi maraqlandırmır. Azərbaycan müstəqil ölkədir və istədiyi ölkə ilə münasibətlər qura bilər".

Son aylar İsrail rəsmilərinin Azərbaycana səfərləri intensivləşib. Bura yalnız siyasətçilər yox, hərbi, kəşfiyyat, xüsusi xidmət sahələrinin rəhbərlərinin səfərləri də daxildir. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin ən böyük uğuru kimi qiymətləndirilir. İsrail nəinki Yaxın Şərq regionunun, bütövlükdə dünyanın aparıcı dövlətidir. Dünya gücüdür. Beynəlxalq siyasətin formalaşmasında, tətbiqində aparıcı rola malik dövlətdir. Amerika Birləşmiş Ştatları kimi dünya nəhənginin ən yaxın müttəfiqidir. Beynəlxalq yəhudi lobbisi ilə də Azərbaycanın yaxşı münasibətləri var. ABŞ-dakı yəhudi konseyi ilə ölkəmizin əlaqələrinin üst səviyyəsi hər kəsə məlumdur. Həmçinin yəhudi icmalarına Azərbaycanda dövlət və xalq səviyyəsində böyük qayğı, sevgi mövcuddur. Əslində yəhudi xalqı ilə Azərbaycan xalqının mehriban dostluq münasibəti hər zaman yaxşı vəziyyətdə olub. Hər iki xalq bir-birinə hörmətlə davranıb. Hətta yaxın tarixin müəyyən mərhələsində qarşılıqlı yardımlarda bulunublar.

Bu cür humanitar və insani münasibətlər sonradan dövlətarası münasibətlərə keçib. Son illər rəsmi Təl-Əvivlə Bakının münasibətləri üst səviyyələrə qədər inkişaf edib. Azərbaycan İsraildən son model silahlar alır. İsrail silahlarının ən yaxşı tətbiqi və təcrübədən keçirildiyi dövr 44 günlük Vətən müharibəsi zamanı oldu.

İran bu əlaqələrdən ona niyə narahatdır? Çünki İsraillə arasında düşmən münasibət var. Ona görə də Azərbaycanın İsraillə yaxınlaşması Tehranı rahatsız edir. Baxmayaraq ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, o ölkəsini İrana qarşı hücumlarda heç vaxt platsdarm olmağa imkan verməyəcək. Cənab İlham Əliyev 20 ildir bu bəyanatının arxasında dayanır. Mövqeyində zərrə qədər dəyişiklik olmur. İran isə… Xain xoflu olur…/Globalinfo


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1558   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr