Azərbaycanın İsraildəki səfiri İran haqda nə deyib?

Azərbaycanın İsraildəki səfiri İran haqda nə deyib?Sərhədimizə hərbi təyyarə qaldıran Tehran unudur ki, yuxu qaçanda adətən, xəyallar göylərə uçur...

İranın sərhədimizə yaxın yerdə niyə uçuş həyata keçirdiyinin səbəbi indi o qədər aşkardır ki, bunun üçün xüsusi analiz tələb olunmur.

Martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli Bakıda olub. Rəsmi məlumata görə, Prezident İlham Əliyevlə görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradıldığı vurğulanıb. Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi qeyd edilib.

Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində "Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı"= mövzusunda keçirilən panel iclasda çıxışı da edib. O çıxışında İrandakı vəziyyət haqda da danışıb. "İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışır. İranda olan xaos artıq 6 aydır ki, davam edir. Biz görürük ki, İranda qadınlar məktəblərdə zəhərlənir. Oradakı qadınlar azadlıq istəyir. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənləri, etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır", - İsrailin kəşfiyyat naziri qeyd edib.

İranın İsraildən ölkəmizə gələn hətta köçəri quşlardan da şübhələndiyi, buna çox qıcıqlı reaksiya verdiyi yenilik deyil. Bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycanın İsraildə səfirlik açmaq qərarından sonra isə Tehranın Bakıya qarşı aqressiyası daha da artdı. Həmin ərəfədə İranın rəsmi mediası Azərbaycana ciddi hədə-qorxu gəlirdi. Hətta Azərbaycandan İsraillə əməkdaşlığı dayandırmağı tələb edəcək qədər "irəli getdilər". Çünki əvvəllər Azərbaycan-İsrail münasibətləri daha qapalı idisə, elə həm də Tehranın sayğısız və qonşuluqla daban-dabana zidd siyasəti nəticəsində Bakı bu ölkə ilə münasibətləri kifayət qədər açıq və aktiv formada davam etdirməyə üstünlük verdi. Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə İran bütün mümkün qırmızı, qara xətləri tapdalamaq yolu seçdi. 40 gündən çox zaman keçməsinə baxmayaraq, Tehran terror hadisəsinin istintaqı haqda Bakıya hələ də heç bir rəsmi bilgi verməyib.

Bu günlər ərzində İranın molla rejimi Bakı ilə münasibətlərin heç olmasa, normal qonşuluq prinsiplərinə uyğunlaşdırılması üçün heç bir addım atmadı. Üstəlik, bugünkü insident də bir daha göstərdi ki, İran hakimiyyəti özünə yığışmır və Azərbaycanla münasibətlərdə hədə tonundan əl çəkmir.

Xatırladaq ki, martın 11-də İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanatda İranı hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə əməl etməməkdə suçlayıb.

Bildirilir ki, İran hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. "İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq" deyə, bildirilir. Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

İndi daha bir mühüm məsələ haqda. Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov dünən "The Jerusalem Post"a bildirib ki, İrana hücum zamanı Azərbaycandan İsrail təyyarələrinin yanacaqdoldurma bazası kimi istifadəsinə icazə verməyəcək.

Qəzet bildirir ki, Azərbaycanın yeni səfiri İranın nüvə obyektlərinə hücum edəcəyi halda, guya İsrailə Azərbaycanın "kömək etmək üçün aerodrom hazırlaması" ilə bağlı xarici KİV-lərin xəbərlərini birmənalı təkzib edib. "Azərbaycan əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək" deyə, səfir Muxtar Məmmədov deyib. "Biz digər ölkələrin daxili işlərimizə qarışmamasını da gözləyirik" deyə, səfir bildirib.

Səfirin bu qədər qəti mövqeyindən sonra da Tehran rejiminin "üstümüzə qanad açması" İranın regionda dağıdıcı mövqe tutduğunu təsdiqləyir. Əslində, bu, yenilik deyil, Azərbaycan Prezidenti bu mövqeyi dəfələrlə bəyan edib, indi səfir də yayılmış yalan iddiaları sadəcə, təkzib edib, Bakının ənənəvi mövqeyini təkrarlayıb. Amma belə görünür ki, İran rejiminin Azərbaycana qarşı heç bir əndazəyə sığmayan davranışları təkcə Bakının xarici siyasəti ilə bağlı deyil. İkinci Qarabağ müharibəsindən sonra regional güc mərkəzlərindən birinə çevrilən Azərbaycan İranın yuxusunu qaçırıb. Yuxu qaçanda isə adətən, təyyarə yox, xəyallar göylərə uçur.../Moderator


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2012   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr