Yenidən "köhnə sistem"ə qayıtdıq: Suyun qrafiklə verilməsinin səbəbi nədir? - ARAŞDIRMA

Yenidən "köhnə sistem"ə qayıtdıq: Suyun qrafiklə verilməsinin səbəbi nədir? - ARAŞDIRMAAzərbaycanda su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir.

Qeyd edək ki, bir neçə il əvvəl əsas hədəflərdən biri Bakının fasiləsiz su təminatı ilə bağlı maksimum nəticə əldə etmək idi. 8 il öncə Bakının 60, 2021-ci ildə isə 80 faizi fasiləsiz su ilə təmin edilirdi. Hətta yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Fasiləsiz su təminatı ilə bağlı paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənləri də yığışdırılmışdı.

Çox yox, 2 il sonra yenidən Bakı və Bakıətrafı ərazilərə suyun qrafiklə verilməsinin səbəbi nədir? Su problemi nə qədər davam edəcək? Bizi nə gözləyir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum, su az olduğu üçün Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə qrafik rejimlər tətbiq etməyə məcbur qalıb:

"Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyir ki, son illərdə Kürün hövzəsinə düşən yağıntının azalması nəticəsində su problemi müşahidə edilir. Onun sözlərinə görə, son 10 ildə bu azalma özünü daha çox büruzə verir:

"Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə 5 istiqamətdə ekspedisiya təşkil edilib. Dağlıq ərazilərdə qar ehtiyatları müəyyən ediləcək. Eyni zamanda "Azərkosmos"dan peyk təsvirlərini də əldə edib ümumi təhlillər aparacağıq. Martın sonunda qarşıdakı dövrdə sululuq səviyyəsi ilə bağlı proqnoz veriləcək".

Nazirlik rəsmisi vurğulayır ki, su qıtlığı ilə mübarizədə istifadəçilərin də üzərinə məsuliyyət düşür:

"Hər kəs sudan səmərəli istifadə etməlidir. Hər hansı bir yerdə su axarkən buna biganə qalmamalı, hər birimiz bunun qarşısını almağa çalışmalıyıq. Vətəndaş məsuliyyəti olmalıdır".

Ekoloq Rövşən Abbasov su çatışmazlığının kökündə bir neçə amilin dayandığını deyir. Buraya həm təbii, insan amilləri, həm də idarəetmə amilləri daxildir:

"Ölkənin 70 faizdən çox su ehtiyatları Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar xarici ölkələrin ərazisindən Azərbaycana gəlir. Türkiyədə, Gürcüstanda, Ermənistanda çoxlu su bəndləri tikilir. Azərbaycan ərazisinə gələn çaylar su bəndləri vasitəsilə saxlanılır və öz ərazilərində istifadə olunur. Bundan əlavə, iri şirkətlərə məxsus minlərlə hektar ərazi bu çaylar vasitəsi ilə sulanır. Nəticədə Kürün suyu qurumaq həddindədir".

Mütəxəssis deyir ki, problemin həlli üçün ilk növbədə Kürdə suyun azalmasının qarşısı alınmalıdır:

"Kürdən su götürülməsinin səviyyəsi azaldılmalıdır. Digər mənbələr daha effektiv istifadə olunmalıdır. Bizim mənbələrdən götürdüyümüz suyun 40-50 faizi itkiyə gedir. Bu göstəricinin azaldılmasına nail olmalıyıq. İtkilər əsasən kənd təsərrüfatında baş verir. Köhnə suvarma metodlarından hələ də istifadə edilir. Torpaq kanallar beton və boru kanallarla əvəzlənməlidir. Bundan əlavə, Kürdən götürülən suyu azaltmaqla bağlı Azərbaycan qonşu ölkələrlə razılığa getməlidir. Bu razılaşmalar üçün hökumət hərəkətə keçib. Tədricən müəyyən həllərə nail olunacaq".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov isə içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır: "İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, "moykalar"da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar".

Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil:

"Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin "partlaması" ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2998   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr