Xankəndidə proses başladı: Araik Arutyunyan "istefaya" gedir – "Yerinə" isə…
"Arutyunyan belə çətin şəraitdə üzərinə götürdüyü məsuliyyətdən yayınmaq niyyətində deyil"...
Xankəndidəki qondarma rejimin lideri Araik Arutyunyan istefaya gedəcək.
Bu məlumat Arutyunyanın mətbuat katibi Lusine Avanesyanın bəyanatında yer alıb.
Bununla belə, o, Arutyunyanın istefası üçün əsas şərtin "hakimiyyətin" etibarlı ötürülməsini təmin etmək və təhlükəli silkələnmələrdən qaçmaq olduğunu bildirib.
Avanesyan yalnız bundan sonra Arutyunyanın istefaya gedəcəyini bildirib:
"Arutyunyan belə çətin şəraitdə üzərinə götürdüyü məsuliyyətdən yayınmaq niyyətində deyil".
Maraqlı məqam Avanesyanın açıqlamasının sosial şəbəkələrdə Arutyunyanın istefaya gedəcəyi ilə bağlı iddiaların ortaya çıxmasından sonra yayılması olub. Məhz bu məqam Xankəndidəki separatçı elita daxilində parçalanmanın gücləndiyini iddia etməyə imkan verir.
Önəmli məsələ isə Arutyunyana qarşı bu tələbin Vardanyana yaxın qruplar tərəfindən gələcəyi ehtimalıdır. Onsuz da bu qruplar Xocalıda Bakı ilə separatçılar arasında keçirilən görüşdən sonra "parlament"in "iclasını" boykot ediblər. Üstəlik, görüşdən az sonra qondarma rejimin "dövlət naziri" Qurgen Nersisyanın "İrəvanla Xankəndi arasında Qarabağla bağlı fikir ayrılığı yoxdur" deməsi də bu qrupun Arutyunyana təzyiqlərini artırıb. Bu prosesin arxasında isə Ruben Vardanyanın dayanması ehtimalı böyükdür.
Bununla belə, Avanesyan Paşinyanın Arutyunyandan Bakı ilə inteqrasiyanı başlatması tələblərinə də aydınlıq gətirib. O açıqlamasında dolayı yolla Paşinyanın Qarabağdakı qondarma liderə bu tələbi irəli sürdüyünü təsdiqləyib:
"Hansı fikir ayrılıqları və proseslərin olmasına baxmayaraq, Arutyunyan əmindir ki, erməniliyin fərqli hissələri arasında parçalanma və gərginliyin artması yolverilməz və təhlükəlidir"./Globalinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb