Yunanıstanda kütləvi etirazlar davam edir - VİDEO
Bazar günü Yunanıstanda minlərlə nümayişçi yeni etiraz aksiyalarına qoşulub. Ölümcül qatar qəzasına görə əhali hökumətə təzyiqlər göstərir.
Fevralın 28-də Yunanıstanın mərkəzində sərnişin və yük qatarının toqquşması nəticəsində əksəriyyəti tələbə olmaqla 57 nəfər həlak olub.
Faciə nəticəsidə ictimai qəzəb dəmiryol şəbəkəsinin uzun müddət davam edən yanlış idarəçiliyinə yönəlib.
Etirazçılar Afinada parlamentin qarşısındakı meydanı dolduraraq "Unutmayacağıq, bağışlamayacağıq" və "Bütün ölülərin səsi olacağıq" yazılmış plakatlar qaldırıblar.
Polisin bildirdiyinə görə, bazar günü Afinada parlament binası qarşısında 5 minə yaxın nümayişçi toplaşıb və bərabər sayda nümayişçi Saloniki şəhərinin küçələrinə çıxıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 732 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr