"Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil" - REKTOR
"Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil".
Sonxeber.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb", - o, əlavə edib.
O qeyd edib ki, ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb: "İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir. Ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik".
O əlavə edib ki, qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur:
"Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb. Müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali məsələdə çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş (FOTO)
Ötən gün Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb. "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub. Mərhumun həyat yoldaşı 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib. Onların 2 yaşlı övladı isə həmin gün nənəsigildə olub
22 dekabrCanavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - Açıqlandı
Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
22 dekabrBakıdan bu rayona gəmi ilə gedə biləcəyik - 2026-da...
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur. Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycand
22 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabr"İçərişəhər"də qatarlar artıq dönə biləcək - Video
Metronun "İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verilir. "Bakı Metropoliteni" QSC-dən "Qafqazinfo"ya verilən xəbərə görə, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararas
22 dekabr"Yola çıxanda gördüm ki, canavar qadını tutub..." - Video
"Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur". "Qafqazinfo" xəbər verir ki, bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri - Fariz Lətifov "Baku TV"yə açıqlamasınd
22 dekabrMagistral yollarda görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini
20 dekabr