"İranın təxribatları davam edir"-DEPUTAT
"Tehranda keçirilən "Nizami Gəncəvi həftəsi"nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin "İran şəhəri", Nizami Gəncəvinin fars şairi olduğunu iddia etməsi ölkəmizə qarşı növbəti təxribatdır.Bu yanaşmanın haradan və nədən qaynaqlandığını biz yaxşı bilirik. Ancaq Nasir Kənaniyə bir daha xatırlatmaq lazımdır ki, Gəncə Şəhəri İranda yox Azərbaycanda yerləşir və bu cür təxribatlarla nə tarixi həqiqətləri, nə də Azərbaycanın haqq mövqeyini dəyişmək mümkün deyil.Onu da qeyd etmək lazımdır ki, İranın bütün cəhdlərinə baxmayaraq artıq bütün dünya Nizamini Azərbaycan şairi və böyük din alimi kimi qəbul edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq Bakıda X forumunu keçirir. Bu mərkəz artıq dünyanın bir çox tanınmış siyasətçi və şəxsiyyətlərini öz ətrafına toplayıb".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, mərkəzin hər il keçirdiyi forumlarda dünyamızı narahat edən bir çox qlobal məsələlər və onların həlli yolları araşdırılır. Artıq Azərbaycan dünyamızı narahat edən qlobal məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib.
Bəlkə İranı həm də bu narahat edir?
"İran hər zaman olduğu kimi bir tərəfdən dostluq və qardaşlıqdan bəhs edir, digər tərəfdən ölkəmizə qarşı təxribatlarını davam etdirir. Bu yanaşma artıq dəyişməlidir. Artıq İran tam ifşa olunub. Ona görə bu siyasətin dəyişməsinin zamanı çatıb. Azərbaycanın nə istədiyi məlumdur, mövqeyi prinsipial və qətiyyətlidir. Biz İranın nə istədiyini də bilirik. Ancaq İran tərəfi də bilməlidir həmin məqsədə və hədəfə nail ola bilməyəcək. Ona görə yanaşmasını dəyişməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1201 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021