Tanınmayan Dağlıq Qarabağ hakimiyyəti Azərbaycanının Bakı dəvətini rədd edib

Tanınmayan Dağlıq Qarabağ hakimiyyəti Azərbaycanının Bakı dəvətini rədd edibTanınmayan Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi martın 13-də Azərbaycanın Bakıda yeni görüşün keçirilməsi təklifinə cavab verib.

Sonxeber.az Armenpress-ə istinadən xəbər verir ki, tanınmayan Dağlıq Qarabağ Respublikası Azərbaycanın təklifini rədd edib.

Qondarma Dağlıq Qarabağ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Qarabağ və Azərbaycan nümayəndələri arasında belə görüşlər Rusiya sülhməramlılarının vasitəçiliyi martın 1-də görüşün keçirildiyi məkanda keçirilə bilər. Tanınmayan Dağlıq Qarabağ hakimiyyəti hesab edir ki, bu cür müzakirələr siyasi yox, humanitar, infrastruktur və texniki məsələlər ətrafında aparılmalıdır.

"Azərbaycan Prezidenti Administrasiyasının Azərbaycan və Artsax nümayəndələri arasında görüşün keçirilməsi ilə bağlı təklifinə cavab olaraq bildiririk ki, Artsax Respublikası bu cür görüşlərin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilə biləcəyi barədə əvvəllər bəyan etdiyi mövqeyinə sadiqdir. 1 mart iclasının keçirildiyi eyni məkanda, humanitar, infrastruktur və texniki məsələlər ətrafında, lazımsız siyasiləşdirmə aparılmadan görüş keçirilə bilər.
Eyni zamanda bildiririk ki, Laçın dəhlizinin bağlanması və humanitar böhranın davam etməsi qəbuledilməzdir və danışıqlar üçün əlverişli mühitin formalaşmasına heç bir töhfə vermir. Hesab edirik ki, Azərbaycan güc tətbiq etməklə hədələməkdən, birtərəfli, maksimalist yanaşmalardan çəkinməklə həm 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı əsasında üzərinə götürdüyü öhdəlikləri, həm də Beynəlxalq Ədalət Məhkəməsinin qərarının tələblərini layiqincə yerinə yetirməlidir. Yalnız bundan sonra gələcək müzakirələr üçün əlverişli şərait yaranacaq. Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasının siyasi məsələlərinə gəlincə, xatırladaq ki, Artsax münaqişənin beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda, beynəlxalq təminatlar şəraitində baş tutmalı olan münaqişənin hərtərəfli həllinə yönəlmiş danışıqlara sadiqdir" ,- deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Azərbaycan tanınmayan Dağlıq Qarabağ Respublikasının nümayəndələrini Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməklə bağlı görüş üçün Bakıya dəvət edib.

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1415   Tarix: 14 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr