İranda ilaxır çərşənbəyə hazırlıq zamanı 15 nəfər ölüb
İranda ilaxır çərşənbə gecəsi mərasimlərinə hazırlıq zamanı 15 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 353 nəfər yaralanıb.
Sonxeber.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Təcili Yardım Mərkəzinin rəhbəri Cəfər Miadfer ayın əvvəlindən Təbriz, Tehran, Həmədan, Urmiya və Qəzvin şəhərlərində hazırlıqlar zamanı baş verən qəzalarda 15 nəfərin öldüyünü açıqlayıb.
Miadfer xəstəxanaya yerləşdirilən 49 nəfərdən 6-nın reanimasiyaya aparıldığını bildirib.
Qəzalarda 51 nəfərin əzalarını itirdiyini, 130 nəfərin bədəninin yanıq aldığını, 86 nəfərin isə gözündən yaralandığını qeyd edən İran rəsmisi ən çox insan itkisinin paytaxt Tehranda qeydə alındığını bildirib.
İranda Novruz qabağı ilaxır çərşənbə gecəsində keçirilən şənliklərdə xüsusilə uşaqlar və gənclər odunların üstündən tullanır, atəşfəşanlıq edirlər. Bu şənliklər və onlara qarşı hazırlıq İranda hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur.
Hicri Şəmsi təqviminin tətbiq olunduğu İranda Novruz martın 21-də başlayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1642 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabr