ABŞ və Filippin hərbi təlimə başlayıb
ABŞ və Filippin ordusu ölkənin ən böyük hərbi bölgəsinə ev sahibliyi edən Palayan şəhərində təxminən 3 həftə davam edəcək "Salaknib" adlı təlimə başlayıb.
Sonxeber.az xəbər verir ki, Filippin ordusunun komandanı general Romeo Brauner və ABŞ ordusunun komandanı general Xavier Brunsonun da qatıldığı mərasimlə başlayan təlimdə 1000-dən çox Filippin əsgəri və 3000-dən çox ABŞ əsgəri iştirak edir.
Təlim haqqında məlumat verən general Brauner bildirib ki, təlimin məqsədi Filippin və ABŞ əsgərlərinin hava və sahil müdafiə imkanlarını artırmaq və müxtəlif hərbi əməliyyatlarda iki ordu arasında əməkdaşlığı gücləndirməkdir.
Bildirilib ki, 2016-cı ildən etibarən ölkədə hər il keçirilən "Sələknib" təlimi aprelin 4-dək davam edəcək.
Filippin, 2014-cü ildə iki ölkə arasında imzalanan Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi (EDCA) çərçivəsində Çinin Asiya-Sakit Okean regionunda artan təsirinə qarşı çıxmaq üçün fevralın 2-də ABŞ-a ölkədəki daha 4 bazaya giriş icazəsi verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1172 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabr