Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, o, 8 müharibəni həll edib və daha ikisini başa çatdırmağa və ya nizama salmağa yaxındır. O, həmçinin son 28 nəfər də daxil olmaqla, İsraildəki bütün girovların - həm sağ qalanların, həm də həlak olanların - geri qaytarılmasını, eləcə də dünyanın müxtəlif ölkələrindən yüzlərlə girovun azad edilərək evlərinə qayıtmasını təmin etdiyini bildirib.
Bundan əlavə, ABŞ Prezidenti Venesueladakı müharibədə qələbə qazandıqlarını və ölkəni idarə edən "qəddar diktatoru" saxladıqlarını bəyan edib. Tramp həmçinin, İranın nüvə silahı əldə etməsinə imkan vermədiyini vurğulayıb.
"Və daha başqa nələr! Və yenə də, bütün bunlara baxmayaraq, nə mən, nə də ABŞ Nobel Sülh Mükafatını almadı. Əla!" - o yazıb.
Ötən gün Tramp mükafatın ona verilməməsi qərarını artıq tənqid etmiş və bunu Norveçin nüfuzunda "silinməz ləkə" adlandırmışdı. O, həmçinin bildirib ki, Nobel Sülh Mükafatı bu qərarı qəbul edən insanlar tərəfindən gözdən salınıb.
Xatırladaq ki, oktyabrın 9-da 2026-cı il üzrə Nobel Sülh Mükafatı əvvəllər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və BCM-in Apellyasiya Palatasının hakimi vəzifələrində çalışmış cənubi afrikalı hüquq müdafiəçisi Navi Pillaya verilib.
Cəmi bir neçə saat sonra ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 302 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əbu-Dabidəki danışıqlar fasilədən sonra bərpa olundu
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb. "Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib
10 noyabrNiderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Niderland hökuməti vergi islahatları məsələsində hakim koalisiya iştirakçıları arasında yaranan fikir ayrılıqları və parlamentdə lazımi dəstəyin olmaması səbəbindən yaxın vaxtlarda istefa verə bilər. "Report" xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "NRC" qəzeti məluma
11 noyabrOkeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11 noyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Voskresenka və Donetsk vilayətinin Şilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
11 noyabrBolqarıstanda matəm elan edildi
Bolqarıstanda milli matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Trakiya" avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü ela
10 noyabrKanada İranın 11 qurumuna qarşı sanksiyalar tətbiq etdi
Bu gün Kanada Xarici İşlər Nazirliyi İranın 11 qurumuna qarşı əvvəllər ləğv edilmiş sanksiyaların yenidən qüvvəyə mindiyini açıqlayıb. Bizim.Media Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, məlumata görə, sözügedən qurumlar 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyə
10 noyabrƏbu-Dabidəki danışıqlar başa çatdı
Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bugünlük başa çatıb və noyabrın 11-də davam edəcək. Bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib
10 noyabr