Naxçıvanda ətin qiyməti kəskin bahalaşıb
"Naxçıvanda ət son günlər kəskin bahalaşıb. Bunun səbəbinin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir".
BAKU.WS xəbər verir ki, yerli sakinlərin "Gündəlik Naxçıvan"a verdikləri məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə 13 manatdan 18-ə qaldırılıb.
Şərur rayon sakini Zaur Nəsirov deyir ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin sonuncu dəfə ət almağa gedəndə gözlərinə inanmayıb:
"İndiyə kimi bu cür qiymət artımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə 3-4 manat ucuz olub ət. İndi isə bir neçə günün içində haradasa Bakı ilə eyni olub.
Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10-11 manata idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiyməti isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır".
Naxçıvanda on ildən artıqdır ki, qəssab işlədiyini deyən Rizvan Tağıyev bildirir ki, ətin qiymətinin qalxmasında onların heç bir günahı yoxdur:
"Əvvəllər Naxçıvandan ət və bir sıra məhsulların çıxarılmasına qadağa qoyulmuşdu. Buna görə də qiymətlər Bakıdan fərqli olaraq sabit qalırdı. İndi isə bu qadağa götürülüb. Bakıda da ət baha olduğu üçün bəzi alverçilər buradan kütləvi şəkildə bizim aldığımızdan baha qiymətə sahibkarlardan ət alır, Bakıya göndərirlər. Bu səbəbdən də qıtlıq yaranır. Sahibkarlar əti bizə deyil, baha qiymətə o işbazlara satırlar. Ona görə də biz də onlardan baha qiymətə almalı olduq. Bu isə qiymət artımına səbəb oldu".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1717 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021