"Növbəti üç ildə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər özünün rekord səviyyəsinə çatacaq" - ŞƏRH

"Növbəti üç ildə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər özünün rekord səviyyəsinə çatacaq" - ŞƏRH"Almaniya xarici siyasət kursunda ən ciddi istiqamət dəyişikliyi edən Avropa ölkələrindən biridir. Şimal Axını layihələrinə arxa duran və Avropanı Rusiyanın karbohidrogen ehtiyatlarından daha çox asılı salan ölkə olmasına baxmayaraq sonda mövqeyində dəyişiklik etdi. Hətta müharibəyə başlayandan bəri Rusiyanın 5,32 milyard avro məbləğində aktivlərini dondurub. Azərbaycanla Almaniya arasında olan iqtisadi əlaqələrə gəlincə isə hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə gəlib çatmayıb. Belə ki, pandemiya vaxtı, yəni 2020-ci ildə 817,6 milyon dollarlıq dövriyyə 2021-ci ildə 1 milyard 284 milyon dolları keçsə də, bu göstərici 2019-cu illə müqayisədə 357 milyon dollar azdır. Çünki, 2019-cu ildə ticarət dövriyyəsi 1 milyard 641 milyon dollar olmuşdur. Ötən il (2022) isə ticarət dövriyyəsi nəinki 2019-cu ilə gəlib çatdı, əksinə yenidən 27 milyon dollar geriləyərək 1 milyard 257 milyon dollar düşdü. Ümumiyyətlə isə Azərbaycan və Almaniya arasında ən yuxarı ticarət dövriyyəsi 2,6 milyard dollarla 2014-cü ildə olmuşdur. Yəni, ticari dövriyyənin böyük rəsminə baxsaq geriləmə var".

Bu sözləri Sonxeber.az-a iqtisadi ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, bütün bu dinamika onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri siyasi baxımdan nə qədər önəmlidirsə, iqtisadi baxımdan bir o qədər vacibdir.

"Çünki iki ölkə arasında mövcud potensialdan səmərəli və doğru istifadə edilməsi üçün bu işgüzar səfərə çox böyük ehtiyac vardır.
Düşünürəm ki, bu il mümkün olmasa belə, 2024-cü ildə pandemiyadan əvvəlki göstəriciləri üstələmək mümkün olacaq. Növbəti üç ildə isə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər özünün rekord səviyyəsinə çatacaq. Hər halda Almaniyanın Avropada ən böyük, dünyada isə dördüncü iqtisadiyyata sahib olduğunu, Azərbaycanın isə sülh sazişindən sonra iri iqtisadi layihələrin olacagını nəzərə alsaq potensialın buna imkan verəcəyini deyə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 14 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021