Bakının 12 rayonunda 2040-cı ilədək...

Bakının 12 rayonunda 2040-cı ilədək..."Bakı və Abşeron yarımadasında problem odur ki, əhali sıxlığı çoxdur. Qeyri-rəsmi rəqəmlərdə əhalinin sayı 3 milyonu da keçib. Dünyada qəbul olunan standartlar isə onu deyir ki, adam başına 8 kvadrat metr yaşıllıq ərazi olmalıdır. Bu səbəbdən Bakının əhalisinə görə yaşıllıq o qədər də çox deyil".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

O, əlavə edib ki, bütün bunlara baxmayaraq, dövlət tərəfindən və özəl sektorun təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilir:
Bakının 12 rayonunda 2040-cı ilədək..."Yaşıllıq ərazilərin artırılması üçün müəyyən işlər görülür. Lakin buna illər lazımdır. Bakının Baş Planı da hazırlanıb hökumətə təqdim olunmalıdır. Bu planda "Qara şəhər" adlandırılan ərazidəki bağlanan sənayə müəssislərinin yerində yaşıllıq ərazilərin salınması nəzərdə tutulub. Bakının 12 rayonundan təkliflər gəlib və hər birinin ərazisində yaşıllıqların salınması planlaşdırılıb. 2040-cı ilə qədər həmin ərazilərin yaşıllaşdırılması ilə əhalinin minimum tələbatı yerinə yetirilsin.

Bakıda əhalinin çoxluğu ilə əlaqədar binaların sayı da artır. Artıq bina tikintisi zamanı tələblər qoyulur ki, 1 hektar əraizidə ən azı 30 faiz yaşıllıq olmalıdır. Digər tərəfdən Bakının ətrafında da müəyyən işlər görülür. Bakının yarısını təşkil edən Qaradağ rayonunda minlərlə hektar ərazidə yaşıllıqlar salına bilər. Bununla bağlı hökumət səviyyəsində qərar verilib və işlərin görülməsi planlaşdırılıb.

Eyni zamanda Bakının mərkəzində yerləşən Nəsimi və Yasamal rayonlarında yaşıllıq salınması üçün yer yoxdur. Lakin buna baxmayaraq, kiçik parklar var və gələcəkdə bu parkların ərazisinin genişləndirilməsi ola bilər".
Bakının 12 rayonunda 2040-cı ilədək...İctimai Şuranın sədri bildirib ki, Bakının ekoloji problemlərindən biri də avtomobil parkıdır: "Ölkə üzrə avtomobillərin çoxu Bakıya cəmləşib. Bu da atmosferin çirklənməsinə təsir edir. Məlum problemin həlli istiqamətində hibrid avtomobillərin satışını stimullaşdırmaq məqsədilə gömrük rüsumlarında güzəştlər edildi. Məhz bundan sonra ölkədə hibrid avtomobillərin sayı artdı".

Amin Məmmədov Bakıda əkiləcək ağacların su mənbələri ilə bağlı da problemlər yaşandığını önə çəkib:

"Abşeron quraq ərazidir və ağacların suvarılması məsələsi problem ola bilər. Bununla bağlı da müəyyən xarici şirkətlərlə danışıqlar aparılıb və gələcəkdə məişət tullantı sularının təmizlənərək texniki su səviyyəsinə gətirilməsi, ağacların suvarılmasında istifadəsi nəzərdən keçirilir. Bakıya gələn Oğuz-Qəbələ və Samur-Abşeron suyu içməli suda istifadə olunur. Bu layihənin həyata keçməsi ilə içməli suyun ağacların suvarılmasında istifadəsinin qarşısını almaq olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4835   Tarix: 15 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021