İsrail qüvvələri 6 fələstinlini yaralayıb

İsrail qüvvələri 6 fələstinlini yaralayıbİsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə təşkil etdiyi basqında 6 fələstinli yaralanıb.

Sonxeber.az xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail əsgərləri yəhudi köçkünlərin daşınmasını təmin etmək və onların dini ayinlərini yerinə yetirmək üçün Nablusun şərqində "Yusifin oturacağı" kimi tanınan əraziyə basqın ediblər.

Vəziyyətə reaksiya verən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb. İsrail qüvvələri real və rezin güllələrlə gözyaşardıcı qazdan istifadə edərkən, fələstinlilər hərbi maşınların keçəcəyi yolu bağlayıb, daş və molotof kokteyli atıb, avtomobil təkərlərini yandırıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada 3 fələstinlinin real güllə, 3 nəfərin isə qaz balonları və güllə parçaları ilə yaralandığı bildirilib. İsrail əsgərlərinin müdaxiləsi zamanı atılan qazdan 52 nəfər də zərər çəkib.

Yəhudi köçkünlər dini ayinləri yerinə yetirmək üçün İsrail ordusunun himayəsi altında tez-tez Yusifin oturacağı kimi tanınan əraziyə basqın edirlər.

Yəhudilər inanırlar ki, Yusif peyğəmbərin məqbərəsi İordan çayının qərb sahilindəki Nablus şəhərində yerləşən "Yusif kürsüsü"ndə yerləşir. Ancaq bir çox arxeoloqlar sözügedən türbənin bir neçə əsrlik tarixə malik olduğunu və Yusuf ed-Duveykat adlı müsəlmana aid olduğunu bildirirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 881   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind

11 oktyabr
.

ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib

ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d

10 oktyabr
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10 oktyabr
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

11 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

11 oktyabr
.

Gömrükdən 67 piton keçirənlər saxlanıldı

Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük

11 oktyabr
.

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb. "Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçı

11 oktyabr
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10 oktyabr