Fransada tətillər davam edir: limanların, zavodların, yanacaqdoldurma məntəqələrinin, məktəblərin işi dayandırılıb
Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Bu gün Fransada dəmir yolu əlaqəsi kəsilib, dəniz limanlarının, neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb.
Ötən gün Fransa Prezidenti Emmanuel Makronun çıxışı həmkarlar ittifaqları və müxalifət partiyalarının qəzəbli reaksiyasına səbəb olub.
"Prezidentə ən yaxşı cavab milyonlarla insanın tətil etməsi və küçələrə çıxmasıdır", - CGT həmkarlar ittifaqının rəhbəri Filip Martinez bildirib.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçərək pensiya islahatını təsdiqləyib. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1067 Tarix: 23 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
10 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabr