ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
İtaliya hökumətinin başçısı ilə danışıqların mümkünlüyü barədə suala cavab verən Tramp onunla münasibətlərinin yaxşı olduğunu vurğulayıb.
"Onunla münasibətlərim əladır. Düşünürəm ki, yəqin ki, görüşəcəyik", - ABŞ Prezidenti deyib.
Qeyd edək ki, iyunda Tramp və Meloni arasında ictimaiyyət qarşısında kəskin bəyanat mübadiləsi baş verib. ABŞ Prezidenti İtaliyanın Baş nazirini nankorluqda və G7 sammitində çəkilmiş birgə fotodan öz populyarlığını artırmaq məqsədilə istifadə etməyə çalışmaqda ittiham edib.
Meloni isə cavabında Trampa öz reytinqinə diqqət yetirməyi tövsiyə edib və onunla dostluq münasibətlərinin öz populyarlığının artmasına kömək etmədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 112 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabrSüni intellekt kosmosda həyat əlamətlərini aşkar etməyə kömək edəcək
Kosmosda həyat əlamətlərini aşkar etmək üçün günəş sistemimizdə və ondan kənarda onların diqqətlə araşdırılması tələb olunur. Lakin, bu cür aşkarlama qabiliyyətinə malik həssas, lakin kompakt texnologiyaların hazırlanması olduqca çətin bir iş olmuşdur. xəbər verir ki, Osaka Universitetinin tədqiqatçılar
10 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabr