Premyer Liqa: Limit dəyişikliyi legioner axınına səbəb olub? - ARAŞDIRMA

Premyer Liqa: Limit dəyişikliyi legioner axınına səbəb olub? - ARAŞDIRMAAzərbaycan Premyer Liqasında bu mövsümdən fərqli legioner limiti tətbiq edilir.

Oxu.Az xatırladır ki, keçən il mayın 31-də AFFA İcraiyyə Komitəsi bununla bağlı dəyişiklik edib. Əgər əvvəllər start heyətində altı əcnəbiyə icazə verilirdisə, bu mövsümdən say yeddiyə yüksəldilib.

Bəs bunun təsirləri nələrdir? Limitin yumşaldılması ölkəyə legioner axınına səbəb olubmu?

Əcnəbi oyunçu sayı artıb, lakin...

2020/21 mövsümündə Premyer Liqanın səkkiz klubunda ümumilikdə 80 əcnəbi futbolçu olub. Növbəti mövsümdə də bu say dəyişməyib. 2022/23 mövsümündə isə artım qeydə alınıb. Hazırda Premyer Liqa klublarında ümumilikdə 92 legioner var.

Keçən mövsüm çempionatda səkkiz komanda çıxış edib və onlardan biri - "Sumqayıt" - yalnız yerli futbolçularla oynayıb. Beləliklə, yeddi komandada orta hesabla 11,5 əcnəbi olub.

Bu mövsüm Premyer Liqada 10 kollektiv yarışır. "Kəpəz" və "Turan Tovuz" elitaya qayıdıblar. "Sumqayıt" strategiyasını dəyişərək, heyətinə legionerlər cəlb etməyə başlayıb. "Şamaxı" isə əksinə, əcnəbilərdən imtina edib və tamamilə yerli oyunçularla çıxış etməyə başlayıb. Beləliklə, doqquz klubun payına 92 legioner düşür. Bu isə orta hesabla hər komandada 10,2 gəlmənin olması anlamına gəlir.

Rəqəmlər onu göstərir ki, limitlə bağlı güzəşt edilsə də, klublar daha çox yerli oyunçu ilə oynamağa üstünlük veriblər. Ancaq vəziyyət bu qədər sadə deyil.

Elitaya yüksələnlərin təsiri necədir?

Mənzərənin daha dəqiq təsviri üçün elitaya yüksələn "Turan Tovuz"la "Kəpəz"i istisna edib, vəziyyətə yenidən baxmaq gərəkdir. İlk növbədə ona görə ki, on və səkkiz komandalı çempionatların birbaşa müqayisəsi qüsurludur. Digər tərəfdən, adıçəkilən komandalar məhdud büdcəyə malikdirlər və ilk il üçün elə də çox əcnəbi transferi həyata keçirə bilməyiblər. Hər ikisində say ortalamanın altındadır. "Turan Tovuz"da doqquz əcnəbi varsa, "Kəpəz" səkkiz legionern xidmətindən yararlanır.

Adıçəkilən komandaları və yerlilərdən ibarət "Şamaxı"nı istisna etsək, yeddi klubun payına 75 legioner düşür. Bu isə az öncəki ortalamadan (10,2) bir qədər yüksəkdir – 10,7. Ancaq yenə də ötən iki mövsümdə olandan (11,5) aşağıdır.
Beləliklə, nəticə çıxara bilərik ki, limitdə yumşalma klublara transfer məsələsində daha sərbəst olmaq imkanı yaratsa da, onlar gözüyumulu əcnəbi oyunçu gətirməyiblər. Əksinə, komandalar daha həssas yanaşmağa və keyfiyyətə üstünlük verməyə başlayıblar.

Yeni gələnlərdə azalma

Fərqli aspektdən - yeni gələnlərin sayı baxımından yanaşdıqda da saldo yerlilərin lehinədir.

Bu mövsüm elita təmsilçilərində olan 92 əcnəbinin 66-sı yeni oyunçulardır. Ötən mövsüm isə çempionatımıza 51 legioner gəlib. Deməli, bu mövsüm klublar orta hesabla 7,3 legioner gətiriblər. Keçən mövsüm isə bu rəqəm 7,28 olub. Eyni qaydada "Turan Tovuz"la "Kəpəz"i istisna etsək, orta rəqəm yeddiyə düşür. Beləliklə, yenə gedişat pozitiv hesab edilməlidir.

Ayrı-ayrı klublarda vəziyyət necədir?

Nəhayət, limit dəyişikliyinin ayrı-ayrı klubların fəaliyyətində necə əks olunmasına gəlsək, burada da vəziyyət "orta-stabil"dir. "Qarabağ"da 11 (ötən mövsümlə eyni), "Neftçi"də 10 (-4) "Sabah"da 10 (-6), "Zirə"də 14 (+3), "Qəbələ"də 11 (+2), "Səbail"də 9 (+5) əcnəbi var. İki klubda legionerlərin sayı ümumilikdə 10 futbolçu azalıbsa, üç klubda da eyni qədər artım baş verib. Strategiya dəyişən "Sumqayıt"da 10 əcnəbi var, "Şamaxı" da 11 gəlmədən imtina edib. "Kəpəz"lə "Turan Tovuz" yenidən istisna hal təşkil edirlər.

Yekun

Beləliklə, uzun illər tətbiq edilən 6+5 (6 legioner + 5 yerli futbolçu) sistemindən 7+4 (7 legioner+4 yerli futbolçu) sisteminə keçid, düşünüldüyü kimi, yerli futbolçuların itirilməsi ilə nəticələnməyib. Əksinə, Premyer Liqa klubları əvvəlkindən fərqli olaraq, indi daha çox "öz məhsullarımız"dan istifadə edirlər. Bu, bir daha onu göstərir ki, heç bir komanda keyfiyyətdən imtina etmir. Əgər yerli oyunçular kifayət qədər yaxşıdırlarsa, məşqçilər əcnəbilərdənsə onları üstün tuturlar.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1172   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr