Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır? + FOTO

Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır? + FOTO"Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkirəm deyə, bu qiymət artımını hiss edəcəyəm".

Sonxeber.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır? + FOTOO, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb.

R.Quliyevin sözlərinə görə, qiymət artımının bir neçə kökü var:

"Bu, dünyada gedən inflyasiyanın təsiridir ki, Azərbaycandan da yan keçməyib. Azərbaycanda siqaret fabrikləri var, amma onlar siqareti tam komplektləşdirmək üçün komponentləri xaricdən alırlar. Siqaret istehsalı üçün isə 27 komponentdən istifadə edilir. Onların ən azı 80%-i Azərbaycana xaricdən gətirilir ki, bunun da qiymətə təsiri var. Yəni qiymət artımı idxaldan başlayır".
Deputat bildirib ki, dünya bazarında tütünün də qiyməti qalxıb:

"Bunun səbəbi ümumi inflyasiya, həm də bir çox ölkələrdə tütünün becərilməsinə subsidiyaların ləğvidir. Bu da tütün məhsullarına qarşı mübarizə ilə bağlıdır.

Dünya inflyasiyanın öhdəsindən gələ bilmir. İstəsək də, istəməsək də, qiymət artımı olacaq. Onun qarşısını almaq üçün yalnız yerli istehsal artırılmalıdır. Əgər yerli istehsal məhsulu və yerli komponentlər bol olsa, onda inflyasiyanı müəyyən dərəcədə cilovlamaq olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5021   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr