"Həmin qəzanı gözümlə gördüm"

"Həmin qəzanı gözümlə gördüm""26 ildir ki, Oqtay Əliyevi və ailəsini tanıyıram. İlk qonorarımı da Oqtay müəllim verib. O zamanlar tələbə idim. Oqtay müəllim teatra gəlib dedi ki, Xuraman, bir reklam var, səni ora çəkəcəyik. Buna çox sevindim. Teatıra yeni işə düzəlmişdim, qonorarı heç soruşmadım. Həmin reklamdan aldığım ilk qonorarım isə 30 manat oldu. Həmin pulu "SOY" prodakşın verdi. Bundan sonra onlar məni hər zaman qanadlarının altında saxladılar".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Elgizlə izlə" verilişində deyib. Aktrisa Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin keçirdiyi avtomobil qəzasından danışıb. O bildirib ki, O.Əliyevin vəfat etdiyi qəzanı gözü ilə görüb:

"Oqtay Əliyevin ölüm xəbərini həyat yoldaşımdan aldım. Zəng edib söylədi ki, xəbərin var, belə hadisə olub. Qışqırıb dedim ki, sən nə danışırsan, bu nə danışıqdır? Dedi hadisə yerindəyəm, gəl bura. Mən axı ora niyə getdim?! Gedib, hər şeyi öz gözlərimlə gördüm. Orada polislər dayanmışdı. Onlardan soruşdum ki, bəlkə heç Oqtay müəllim ölməyib? Amma cavab verdilər ki, o, artıq dünyasını dəyişib. Sonra həmkarım Sonaxanım Əliyeva və Dilarə xanımla xəstəxanaya getdik.

Dünən onlara getmişdim. Dedim ki, Dilarə xanım (Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva - red.) qurban olum, siz ayaqüstə dayanmağa məcbursunuz. Çünki siz çöksəniz, mən də çökəcəyəm. Dilarə xanım mənim üçün örnək, güvən yeridir. Allah səbr versin".

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında vəfat edib. Həmin an maşında Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də yer alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3792   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr