Xalqın və dövlətin mənafeyinə xidmət edən əməkdaşlıq və dialoq

Xalqın və dövlətin mənafeyinə xidmət edən əməkdaşlıq və dialoqPrezident İlham Əliyev öz çıxışlarında ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi vurğulayıb. Bu istiqamətdə son bir neçə il ərzində iqtidarla ölkədəki müxtəlif siyasi partiyalar arasında dayanıqlı dialoq ənənələrinin formalaşdırılması işləri geniş ictimaiyyət arasında müsbət qarşılanıb. Belə ki, ötən iki il "siyasi dialoq" məfhumunun aktuallaşdırılması mərhələsi, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi.
İki il əvvəl iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsinə başlanıldı. Ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi oldu. bu gürüşlərdə qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansı yarandı. Ölkədə siyasi sistemin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı.
Siyasi partiya rəhbərləri ilə görüşlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir. Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edib və bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqu davam edəcəkdir.
Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib haldır. Prezident Administrasiyası tərfindən işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri təşkil edilib və belə səfərlər gələcəkdə də təşkil olunacaqdır.
İqtidar nümayəndələri ilə siyasi təşkilatlar arasında aparılan dialoq çərçivəsində partiya sədrləri ilə silsilə görüşləri ölkədə formalaşan siyasi konfiqurasiya prosesinin artıq dayanıqlı formada davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, bunlar islahatların növbəti mərhələsinin davamı olaraq ötən müddət ərzində siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar sayılır. Partiya rəhbərləri ilə görüşlərdə formalaşan yeni siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi, dayanıqlığı kimi bir sıra mühüm və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin, siyasi sabitliyin qorunub saxlanmasında, yeni siyasi konfiqurasiyanın və vətəndaş həmrəyliyinin formalaşmasının əyani sübutudur. Diqqət çəkən məqamlardan biri də görüşlərdə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıq mövzusunun da geniş müzakirə olunmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, ölkədəki siyasi və milli həmrəyliyin formalaşması dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biridir. Dialoq və əməkdaşlıq formatının 44 günlük Vətən müharibəsindəki Qələbəmizi təmin edən əsas amillərdən biri hesab olunması ilə bağlı bu gün cəmiyyətdə dəyişilməz fikir formalaşıb. Bir zamanlar bu siyasi dialoqa, iqtidar-müxalifət münasibətlərinin sivil qaydada inkişafına qarşı çıxanların dövlət və dövlətçilik maraqlarını yox, öz şəxsi ambisiyalarını qorumaq cəhdinin qarşısı da zamanında alındı. Hər kəsə aydın oldu ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir.
Prezident İlham Əliyevin bildirdiyi kimi: "Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var". "Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir."
Xalqın və dövlətin mənafeyinin ən üst səviyyədə təmininə aparan əməkdaşlıq və dialoqda hər iki tərəf maraqlıdır. Xalq və dövlətin mənafeyi üçün lazım gələrsə, iqtidar-müxalifət demədən bir masa ətrafında oturmaq dövlətçilik ənənəsinin möhkəm təməllər üzərində qurulması və gələcəyə ötürüləcək çox yaxşı ənənə hesab olunur.

Tariyel Əhmədzadə - AMEA Huquq və Insan Haqlari İnstitunun
baş mütəxəssisi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1091   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr