Bakıda məktəb direktoru özünü "Ertoğrul"a bənzətdi - AÇIQLAMA + VİDEO
Bakı şəhərində fəaliyyət göstərən 124 saylı məktəbdə Novruz bayramına dair keçirilən mərasimdə direktor Adil Əliyev qırmızı rəngli xalat geyinərək, başına kral tacı qoyub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, direktor məktəbin akt zalına daxil olan zaman şagirdlər sıraya düzülüblər.
Onun müavinləri isə şagirdlərə "Qalxın, Ertoğrul bəy gəlir" deyə göstəriş veriblər. Görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Məsələ barədə 124 nömrəli tam orta məktəb ilə əlaqə saxladıq.
Təhsil müəssisəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Novruz bayramı ilə əlaqədar təhsil müəssisəsində təşkil olunmuş tədbirdə tarixi məzmunda şagirdlərin dünyagörüşünü genişləndirmək və onların bədii təxəyyülünü inkişaf etdirmək üçün məktəbin direktoru şagirdlərlə bərabər kiçik səhnəcikdə (10 dəqiqəlik) çıxış edib:
"Qeyd edək ki, tədbirin təşkil olunmasının əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşdırılması işinə dəstək verməkdən ibarətdir".
Xatırladaq ki, "Ertoğrul" obrazı "TRT 1" telekanalında yayımlanan "Diriliş Ertoğrul" serialındandır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2250 Tarix: 27 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021