"McDonald's" övladlarımızı zəhərləyir - Niyə yerli və sağlam qidalar olmasın?!

"McDonald's" övladlarımızı zəhərləyir - Niyə yerli və sağlam qidalar olmasın?!"Nədir, bizdə çörəyi yarıya bölüb bu iki yarıya bir tikə ət, kartof və kahı qoya bilmirlər?".

"McDonald’s" Belarus bazarını tərk edəndən sonra Aleksandr Lukaşenkonun dediyi bu sözlərdə haqlı olduğu ortadadır. Doğrudan da, çörəyi yarıya bölüb arasına bir tikə ət, kartof və kahı qoyan, bunu baha qiymətə brend kimi insanlara satan "McDonald’s"ın fəaliyyəti suallar doğurur.

O sual da yaranır ki, Azərbaycanda bunu edə biləcək şirkətlər yoxdurmu?

Təbii ki var. Azərbaycan mətbəxi kifayət qədər zəngindir, həm də "McDonald’s"dan daha dadlı və keyfiyyətli menyu təqdim edə biləcək qədər bacarıqlı insanlarımız var. Nə üçün Azərbayca insanı "McDonald’s"ın keyfiyyətsiz və QMO məhsulları bazara hakimdir.

"McDonald’s" insanlara nə təklif edir? Karto-free, burger (çörəyin arasına ət və kahı qoyurlar), o cümlədən, bütün mağazalarda satılan içkilər. Amma kartof-freeni başqa yerdə daha ucuz ala biləcəyiniz halda, "McDonald’s"da bunun iki-üç qatına satılır. Bir nəfərin qidalanması ən azı 10 manat və daha baha qiymətə başa gəlir. Misal üçün, kartof-free 3 manatdan, adi içkilər 2 manatdan bahadır. Burgerləri və salatları da 5 manata yaxındır. Amma problem təkcə qiymətlərlə bağlı yox, həm də keyfiyyətlə bağlıdır.

"McDonald’s"ın yeməkləri genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və konservləşdirilmiş məhsullardan hazırlanır.

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov mediaya açıqlamasında bildirir ki, "McDonald’s"da ətlərin mənşəyi məlum deyil:

"Burada ətlər taxta kimi möhkəm bir əşyadır. Böyük ehtimalla bu süni, naməlum ət növüdür. Daha sonra onlar xüsusi avadanlıqla şişirdilib istifadə edilir. Həmçinin kartofları, souslarının da əksəriyyəti GMO) mallardır".

Bu yeməklər insanlarda sonsuzluq, qan xərçəngi, vərəm kimi ağır xəstəlikləri yaradır. Ən pisi isə odur ki, "McDonald’s"da qidalanmağı adətən uşaqlar sevir və insanlarımız övladları ilə bu müəssisəyə üz tuturlar. Bu da təkcə sağlamlığımızı yox, həm də ölkənin genefondunu zədələyən, gələcək üçün indidən problem yaradan amildir.

Bu gün dünyanın onlarla ölkəsi "McDonald’s"dan ya imtina edib, ya da sonradan fəaliyyətini dayandırıb. Bu ölkələrin siyahısını da təqdim edə bilərik. Albaniya, Əlcəzair, Anqola, Banqladeş, Barbados, Bermud adaları, Butan, Boliviya, Botsvana, Burkina Faso, Burundi, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Konqo, Cibuti, Dominika, Ekvatorial Qvineya, Eritreya, Efiopiya, Qabon, Qambiya, Qana, Qrenada, Qvineya, Qvineya-Bisau, Haiti, İslandiya, İran, İraq, Əfqanıstan, Fil Dişi Sahili, Yamayka, Keniya, , Kiribati, Qırğızıstan, Laos, Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mikroneziya, Monqolustan, Monteneqro, Mozambik, Myanma (Birma), Namibiya, Nauru, Nepal, Niger, Nigeriya, Simali Koreya, Palau, Papua Yeni Qvineya, Ruanda, Seneqal, Seyşel adaları, Solomon adaları, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tacikistan, Tonqa, Türkmənistan, Uqanda, Özbəkistan, Vatikan, Yəmən, Zimbabve və s. Son iki ildə "McDonald’s" Rusiya və Belarus bazarından da çıxıb.

Bu ölkələr adətən öz mətbəxlərinə uyğun "fast-food" hazırlayırlar və daha keyfiyyətli, həm də münasib başa gəlir.

O zaman Azərbaycanda niyə həm cibimizə, həm canımıza ziyanlı olan "McDonald’s"ın fəaliyyəti müzakirə edilməməlidir. Bu şirkət təkcə sağlamlığımıza və büdcəmizə ziyan vurmur, həm də Azərbaycanın haqlı məsələlərində də yaxasını kənara çəkir, yaxud əleyhimizə çıxır. 44 günlük Vətən müharibəsində "McDonald’s" Azərbaycana heç bir dəstək vermədi və bunu belə əsaslandırırdılar ki, guya bunlar "milli məsələlərə" qarışmırlar. Amma Rusiya-Ukrayna müharibəsinə görə Rusiya bazarını tərk etməklə yalan danışdıqlarını, ikilistandart mövqe sərgilədiklərini nümayiş etdirdilər. Yəni məsələ Ermənistan olanda "McDonald’s" "neytral" olur, amma Ukrayna olanda mövqe sərgiləyir. Bunun özü belə "McDonald’s"ın Azərbaycan bazarından fəaliyyətini müzakirə mövzusuna çevirməyə yetərlidir.

"McDonald’s"ın keyfiyyətsiz, genofondumuzu zədələyən məhsullarındansa, öz şirkətlərimizə şərait yaradılmalıdır. Bunun həm yerli istehsalı gücləndirə, həm də daha təmiz, sağlam, keyfiyyətli qidlanmanı təmin edə bilərik. Dünyanın müxtəlif ölkələri artıq öz yerli brendlərini yaratmaq haqda düşünürlər. Azərbaycanın da bunu etməsinin zamanıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1248   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr