Vasif Talıbovun polislə bağlı qoyduğu qayda ləğv olundu

Vasif Talıbovun polislə bağlı qoyduğu qayda ləğv olunduNaxçıvanda polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir.

Bu haqda "Gündəlik Naxçıvan" məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu addıma səbəb kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır.

2008-ci ildən bəri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hər birində müvəkkil vəzifəsi yaradılmışdı. Məlumata görə, yeni qərara səbəb ixtisar aparmaqla büdcəyə qənaət etməkdir.
Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edirlər ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:

"Naxçıvandakı sahə müvəkkillərinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib bir polis məntəqəsi edəcəklər.

Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabiti işindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq"./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1625   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr