Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHI
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən evinin önündə silahlı hücuma məruz qalıb. Millət vəkilinə qarşı sui-qəsd cəhdinin olunması dünəndən müzakirə mövzusuna çevrilib.
Qanunverici hakimiyyət orqanının nümayəndəsinin terror aktına məruz qalması ölkədə sui-qəsd təşkil olunan məmur və hakimiyyət nümayəndələrinin adlarını bir daha gündəmə gəririr.
Sonxeber.az dövlət müstəqilliyi dövründə sui-qəsd cəhdinə, silahlı hücuma məruz qalan məmurlarla bağlı araşdırma aparıb.
Həmin sıyahını təqdim edirik:
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyev (Hacı Vaqif) 1993-cü ildə öz iş otağında qətlə yetirilib. Hadisəni törədən şəxs məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.
Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da 1994-cü il sentyabrın 29-da Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 11 fevral 2009-cu ildə Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev 2018-ci il iyulun 3-də silahlı hücuma məruz qalıb. O, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində ağır yaralansa da, bu hadisədən sağ-salamat qurtulub.
1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan yüksək vəzifəli şəxslər – Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.


Qeyd edək ki, yüksək vəzifəli məmurların sui-qəsdə məruz qalması, onlara qarşı silahlı hücum halları digər dövlətlərin təcrübəsində də olub.
Nuranə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2114 Tarix: 29 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabr