Uçot dərəcəsi yenə artırıldı. Hansı təsirləri olacaq?

Uçot dərəcəsi yenə artırıldı. Hansı təsirləri olacaq?"Mərkəzi Bank uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırdi. Son dönəmlər FED və MB-nin monetar siyasətində bir sinxronluq müşahidə edilir ki bu da başa düşüləndir. Çünki qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələxsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb. Uçot dərəcəsinin yenidən qaldırılmasının səbəbinin ən sadə dildə ifadəsi budur ki, uçot dərəcəsi artırılırsa, əsas məqsəd infilyasiyanın cilovlanmasıdır. Tərs anlamda desək uçot dərəcəsi artırılırsa, deməli infilyasiya səngimir ki bu addım atılır. Digər bir maraqlı məqam, Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq".

Mövzu ilə bağlı olaraq Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlama verib.

O bildirib ki, ilk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər.

"Yəni əgər infilyasiya 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır. Axı uçot dərəcəsini qaldırılması, həm də iqtisadi aktivliyi boğur. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. Bu yuxarıda qeyd etdiyim kimi həm xarici, həm də daxili faktorlardan dolayi vacibdir. May ayının 3-ündə bu məsələ ilə bağlı növbəti qərar veriləcəkdir. 8%-li proqnozu təkrar yadımıza salsaq deyə bilərik ki, mayda uçot dərəcəsində yenə də artım olma ehtimalı çoxdur.Uçot dərəcəsinin artırılması zamanı daha çox verilən sual manatın taleyilə bağlı olur. Manatla bağlı onu demək olar ki, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli manatın məzənnəsilə bağlı hər hansı bir qorxu yoxdur. Cilovun nə qədər vaxt saxlanıla biləcəyi isə bir çox faktordan asılıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3938   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda yüksək vəzifəyə təyinat

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini

5 avqust
.

Bankların beş ayda əldə etdiyi xalis mənfəətin həcmi açıqlandı

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 837.5 milyon manat təşkil edib. Bildirili

25 iyun
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu

30 may
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 99,148 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Təkcə iyund

11 iyul
.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını

7 iyun
.

Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla

4 iyul
.

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun