Azərbaycanlı tələbələri İran bu cür yetişdirib - Süleymani

Azərbaycanlı tələbələri İran bu cür yetişdirib - Süleymaniİran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdırıb. Bunu mədəni işlər və layihələr adı altında gerçəkləşdirə bilib.

Bu sözləri Axar.az-a güneyli milli fəal və jurnalsit Əli Süleymani deyib.

O, Azərbaycanda müxtəlif sahələrdə İranın casus şəbəkələrinin izləri olduğuna diqqət çəkib:

"İran maraqlarına xidmət edənlərin çoxu ideoloji təbliğatla, müxtəlif vədlərlə bu işlərə cəlb olunub. Bakıda "İnşaratı-Xuda" adlı nəşr evi kitab satışı ilə məşğul olurdu. İranda o kitablar baha satıldığı halda, Bakıda çox ucuz idi. İran səfirliyinin mədəniyyət mərkəzi, Ocaq-Nejad şəbəkəsi, "İmdad" cəmiyyəti və s. hamısı bu işlərlə məşğul idi. Əsasən psixoloji cəhətdən insanları yoxlayıb, onlara necə təsir edə biləcəklərini müəyyən edirdilər. Maddi cəhətdən yardım etməklə, təhsillə, müxtəlif dini ziyarətgahlara göndərməklə Azərbaycanda insanları öz tərəflərinə cəlb edirdilər. Zəif iradəli insanlar onların toruna tez düşürdü".

Şəbəkəyə qoşulanların çoxunun dini təhsil almaq istəyən gənclər olduğunu bildirən Süleymani onların yetişdirilərək İranın təbliğat xarakterli işlərində istifadə edildiyini vurğulayıb:

"Dini təhsil adı altında gəncləri İrana göndərirdilər. Həmin şəxslərə dini təhsillə yanaşı hərbi təlimlər də keçirdilər. Bununla bağlı narahatlıqlarımız var idi və bu barədə mətbuatda çıxışlarımız olurdu. Azərbaycan daxilində ciddi təhlükə mənbəyi yaranmışdı. Kimini hərbi, kimini təbliğati işlərə, kimini terrorçuluğa cəlb edib, istifadə edirdilər. Mən İranda Muğan şəhərində yaşayırdım. Parsabad yaxınlığında İran hakimiyyəti 30 Azərbaycan tələbəsinə necə hərbi təlimlər keçdiyinin şahidi olmuşam. Həftə sonları onları hərbi təlimlərə cəlb edirdilər. Aydın deyildi, dini təlimlər hara, hərbi təlimlər hara? Bir müddət keçirdi və onları Qum şəhərinə göndərirdilər. Bu insanların heç kimlə əlaqə saxlamasına icazə verilmirdi. Gənclər isə anlamırdılar nə üçün onların başqaları ilə ünsiyyəti qadağan idi. Bununla bağlı onlarda sual yaranmırdı. Çünki onların beynini ideoloji yolla doldurub, bu cür təlimlərin lazım olduğuna inandırırdılar. Bu yolla "Hüseyniyyun" kimi qrup formalaşdı. İran hakimiyyəti insanların dini hissiyatından istifadə edə bilirdi. Əslində, dini anlayışlardan uzaqlaşdırıb, möhvumat təbliğ edirdilər. Cəmiyyətə qatılan və xüsusi yetişdirilmiş insanlar da İranın təlqin etdiyi zəhərli düşüncələri yaymaqla məşğul olurdu. Onların anlayışına görə, gördüyü işlər dünyada ədalətin bərqərar olması üçündür".

Süleymani qeyd edib ki, İran dünyada radikal dini cərəyanların və terrorçu qrupların meydana çıxmasında xüsusi rol oynayıb:

"İranın şiəçilik əsasında qurduğu hakimiyyət zərərli dini radikal qruplar formalaşdırdı. İslam şiəçiliyinə paralel olaraq, sünni məzhəbinə aid radikal qrupların təzahürü pis nəticələr verdi, terror aktları törədildi. Bu gün İran hakimiyyəti təhlükəli siyasət aparır, şiə-sünni məsələlərindən faydalanmağa çalışır. Suriyada İŞİD-dən, Əfqanıstanda taliblərdən istifadə edir. HƏMAS-ı, Hizbullahı dəstəkləyib, İsrailə qarşı qoyur. Bu təhlükəni və terroru dünyaya İran gətirib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1333   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Tramp Ağ Evə yeni mətbuat katibi təyin etdi

"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]

10 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Ukraynanın Zaporojye bölgəsinə Rusiyanın hücumu nəticəsində yeddi nəfər həlak olub, qubernator bildirib

Xilasedicilər dağıntılar altında daha çox insan axtararkən, vilayət qubernatoru şənbə günü səhər Rusiyanın Ukraynanın cənubundakı Zaporojye şəhərinə hücumu nəticəsində yeddi nəfərin öldüyünü bildirib. Reuters-ə istinadən xəbər verir ki, qubernator Mixaylo Semikinin sözlərinə görə, şənbə günü səhər saatlarınd

10 oktyabr
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb

Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" Belarus mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib. Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilin

9 oktyabr
.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr