"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi

"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayət etməsinə və ümumilikdə sağlam təhsil mühitinin mövcudluğuna xidmət edir".

Bunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O, bildirib ki, biz dünyəvi təhsildən danışırıqsa, bu təhsilin öz tələbləri var:

"Dünyəvi təhsildə hər bir şəxsin sosial bərabərliyini və hüquqlarını tanımalıyıq. Həm təhsilalanlar, həm də təhsil verənlər, xüsusilə geyim tərzi baxımından, bərabər olduqlarını nümayiş etdirməlidirlər. Hazırda Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq vahid geyim formasına dair tələblər müəyyənləşdirilib və həm təhsilalanlar, həm də təhsil verənlər bu qaydalara riayət etməlidirlər. Şagirdlərin müəyyən yaş dövründə hər hansı dini inancı formalaşa bilər. Onlar xristianlıq, buddizm, yəhudilik, hinduizm, İslam və ya başqa bir dinə mənsub ola bilərlər. Bu, şagirdin öz dini etiqadıdır və o, dini etiqad azadlığına malikdir".

Ekspert bildirib ki, təhsil dünyəvidirsə, bu amillərə mütləq diqqət yetirilməli və dövlətin müəyyən etdiyi vahid geyim formasına riayət olunmalıdır:

"Eyni zamanda, hər bir şəxsin digərinin dini inancına hörmətlə yanaşması vacibdir. Bu yanaşma insanların bir-birini bullinqə və ya mobbinqə məruz qoymasının qarşısını almaq baxımından da əhəmiyyətlidir. Vahid geyim formasından istifadə zəruridir ki, gələcəkdə kiminsə dini inancı başqaları üçün narahatlıq yaratmasın və ya həmin şəxsin özünə qarşı qısnama, yaxud şiddət hallarına səbəb olmasın. Bilirsiniz ki, dövlətimiz tərəfindən dini inancı olan şəxslərə, hansı dinə mənsub olmalarından asılı olmayaraq, müəyyən imkanlar yaradılır. Ölkəmiz tolerant və multikultural ölkədir, hər bir şəxs üçün bərabər imkanlar təmin olunub. Bu gün ölkəmizdəki məscidlərin sayı elə İslam dünyasına aid bəzi ölkələrdəki məscidlərin sayından da çoxdur. Eyni zamanda, insanların ibadətinə dövlət tərəfindən hər hansı məhdudiyyət tətbiq olunmur. Bütün bunları nəzərə aldıqda, hər bir şəxsin dövlət tərəfindən müəyyən edilmiş qaydalara riayət etməsi vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 227   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

8 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

9 oktyabr
.

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura

9 oktyabr
.

Məktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir

Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında

9 oktyabr
.

Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)

Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları

9 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr