İran "kim daha həyasızdır" adlı müsabiqədə Ermənistanla yarışa girib

İran "kim daha həyasızdır" adlı müsabiqədə Ermənistanla yarışa girib"Azərbaycan müstəqilliyini bərpa etdikdən ilk illərdən İranın zaman-zaman ölkəmizə qarşı ən müxtəlif formalarda şər-böhtan, qərəzli, təhlükəsizliyimizə təhdid dolu fəaliyyətinin və mövqeyinin şahidi olmuşuq. Lakin İranın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təhlükəsizliyinə qarşı başlatdığı təxribatçı və destruktiv fəaliyyəti davamlı xarakter daşımaqdadır".

Bunu Ölkə.Az-a açıqlamasında İlham Məmmədov deyib.

Onun sözlərinə görə, özünü müsəlman ölkəsi adlandırıb, İslami dəyərlərdən dəm vuran fars-molla rejiminin siyasi fəaliyyətinə nəzər saldıqda görürsən ki, İran bu dəyərlərdən tamamilə uzaq, terroru dövlət səviyyəsində həyata keçirən bir ölkədir.

"Bu gün dünya İranı beynəlxalq terroru dəstəkləyən və onu ixrac edən ölkə kimi tanıyır və ona qarşı mübarizə aparır. Azərbaycan da zaman-zaman İranın terrorçu fəaliyətindən əziyyət çəkən ölkələrdəndir. Son vaxtlarda İran Azərbaycan təzyiq vasitəsi kimi yenidən terror aktlarından istifadə etməyə başlayıb. Tehrandakı səfirliyimizə silahlı basqın, bir neçə gün öncə deputat Fazil Mustafaya qarşı sui-qəsd bunun bariz nümunəsidir" - o qeyd edib.

Deputat hesab edir ki, beynəlxalq aləm İranın bu terrorçu fəaliyyətinə qarşı səylərini birləşdirib, daha kəskin mübarizə aparmalıdır: "Əks təqdirdə, bu ölkənin destruktiv və bölücülük fəaliyyəti beynəlxalq təhlükəsizlik arxitekrutasına ciddi təhdid olaraq qalacaq. Terror ixracatçısı olan bu ölkənin qarşısı alınmasa, beynəlxalq təhlükəsizlik sistemini daha ciddi problemlər gözləyir".

O əlavə edib ki, Azərbaycana qarşı ən müxətlif təzyiq metodundan istifadə edən fars-molla rejimi bu dəfə guya "İranla bağlı təhqiramiz yazıların dayandırılması və onlara görə kompensasiya ödənilməsi" tələbi ilə "nota" verib:

"Birincisi, beynəlxalq praktikaya nəzər salsaq görərik ki, diplomatik notalar həftənin iş günləri göndərilir. Amma Tehranın göndərdiyi bu "nota" şənbə gününə təsadüf edir. Ola bilsin ki, həmin gün İranda iş günüdür. Amma digər ölkələrdə isə qayda belə deyil.

İkincisi, Tehranda Azərbaycan səfiri yoxdur və səfirlik törədilən terror aktına görə işləmir. O zaman sual olunur, bu "nota" kimə verilib və necə göndərilib?

Bu bir daha fars-molla rejiminin iç mahiyyətini ortaya qoyur.

Üçüncüsü, İran mediası Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq ölkəmizə, onun liderlərinə, yürütdüyü siyasəti hədəf seçərək təhqiramiz yazılar yazılır və bu gün də həmin proses davam etməkdədir. İran tərəfi bununla bağlı xüsusi bir "Səhər" telekanalı yaradıb və bu, anti-Azərbaycan fəaliyyəti ilə hamıya bəllidir. Bu telekanal davamlı olaraq Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir.

İranın bu fəaliyyətinin bir adı var – o da həyasızlıqdır. İran da "kim daha həyasızdır" adlı müsabiqədə Ermənistanla yarışa girib. Deyəsən İran bu yarışda Ermənistanı da irəliləyib.
İranda digər media orqanlarına diqqət yetirilsə, orada Azərbaycan əleyhinə kifayət qədər qərəz, böhtan, təhqir dolu mövzulara rast gəlmək olar. İranın bu hərəkətləri "öz gözündə tiri görmür, özgə gözündə tük axtarır" və yaxud da "keçəl baxar güzgüyə, adın qoyar özgəyə" məsələsini xatırladır. Azərabycan mediasında gedən yazılara gəldikdə orada təhqiramiz ifadələrə yol verilmir. Sadəcə olaraq fars-molla rejiminin Azərbaycana qarşı qərəzli, təhlüksəziliyinə təhdid siyasəti tənqid olunur və özünü islam ölkəsi adlandırıb, islam həmrəyliyindən dəm vuran bir ölkənin digər müsəlman ölkəsinə qarşı yürütdüyü qərəzli düşmənçilik siyasətinə uyğun adekvat reaksiya verilir. Ona görə də ilk növbədə İran öz gözündəki tiri görməli və sonra başqasına irad tutmalıdır. Əgər təhqir və böhtana görə kompensasiya verməkdirsə, o zaman İran uzun illərdir, bu fəaliyyətinə görə Azərbaycana kompensasiya ödəməlidir.

İran Azərbaycanla normal qonşuluq münasibəti qurmaq istəyirsə, o zaman ilk növbədə öz siyasətinə baxıb ciddi düzəlişlər etməlidir. Bu cür təhdid, təhqir, hədə-qorxu dili, əzələ nümayişi ilə nəyəsə nail olması mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 731   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr