NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bazar ertəsi günü, 50 ildən çox müddətdə Aya göndəriləcək ilk insan qrupuna təyin olunmuş ekipajı açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Artemis 2 adlanan uçuş həm də ilk dəfə Aya bir qadın və qaradərili astronavt göndərəcək.
Üç amerikalı və bir kanadalı astronavt gələn il Ayın orbitində fırlanacaq və tarixi Apollon missiyaları 1972-ci ildə başa çatdıqdan sonra kosmosun dərinliklərinə çıxan ilk astronavt olacaq.
Uçuşun 2024-cü ilin noyabrında baş tutması planlaşdırılır. Kosmik gəmi Ayı dövrə vuracaq, lakin ona enməyəcək. 10 gün davam edəcək Artemis II missiyası NASA-nın güclü "Space Launch System" raketi ilə bərabər, Orion kosmik gəmisinin göyərtəsində həyatı təmin edən sistemləri də sınaqdan keçirəcək.
NASA-nın üç astronavtı - Reid Uiseman, Viktor Qlover və Kristina Koch əvvəllər Beynəlxalq Kosmik Stansiyada (BKS) birgə vaxt keçiriblər. Kanada Kosmik Agentliyindən Keremi Hansen isə ilk kosmik uçuşunu həyata keçirəcək.
Kosmosda 11 ay keçirmiş 44 yaşlı Koch bir qadının kosmosda ardıcıl olaraq ən uzun müddət qalmaq rekorduna sahibdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcı pilotu, əvvəllər NASA-nın baş astronavtı olan 47 yaşlı Uiseman, II Artemida missiyasının komandiri təyin edilib.
Dəniz qüvvələri pilotu olan 46 yaşlı Qlover isə ilk qaradərili komandir kimi kosmik uçuş həyata keçirəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1016 Tarix: 04 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail HƏMAS komandirlərini öldürdü
İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını
9 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrDünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
9 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrMakron istefa verdi
Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir
9 oktyabrRusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri
8 oktyabr