"Ərdoğanın seçilməsi Azərbaycanın hərbi inkişafını daha da sürətləndirər" - Hərbi ekspert
"Rəcəb Tayyib Ərdoğanın seçilməsi bizim hərbi inkişafı daha da sürətləndirər. Başqasının necə olacağını bilmirik".
Bu sözləri hərbi ekspert Ramiz Şərifov Sonxeber.az-a bildirib.
Ekspert qeyd edib ki, həm nizam-intizam, həm iqtisadi cəhətdən Türkiyə önəmli yerlərdən birini tutur.
"Rəcəb Tayyib Ərdoğan gələndən sonra Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edib. Xüsusilə də onun "Bayraktar" şirkətinin yaratdığı idarə olunan PUA-lar, 12 kilometr yuxarıda uça bilən və külli miqdarda silah götürə bilən sistemlər yaradıblar. Həm nizam-intizam, həm iqtisadi cəhətdən Türkiyə önəmli yerlərdən birini tutur.
Bizim qardaş Türkiyə ilə olan münasibətimizi bir hərbçi kimi yüksək qiymətləndirirəm. Türkiyə regionda ən öndə gedənlərdən biridir. Mən Türkiyədə olanda bunun praktik şahidi oldum. Türkiyəyə hərbi mütəxəssis kimi dəvət olunmuşdum. Gördüm ki, Türkiyə və Azərbaycan xalqı həqiqətən qardaşdır. Bizdən başqa heç bir ölkənin nümayəndələrini məxfi texnikaları və sənədlərini görməyə buraxmırdılar. Rəcəb Tayyib Ərdoğanın seçilməsi bizim hərbi inkişafı daha da sürətləndirər. Başqasının necə olacağını bilmirik. Xalqlarımız və silahlı qüvvələrimiz arasında qardaşlıq münasibəti durur və onu heç kim poza bilməz" ,- deyə ekspert əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb