"Bu bəyanat İranın Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır"

"Bu bəyanat İranın Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır"Bu gün Azərbaycan Respublikasının Milli Məclisində İran "parlamenti" nə qarşı bəyanat qəbul olunub. Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır".

Millət vəkili Tamam Cəfərova mövzu ilə bağlı Sonxeber.az-a bildirib ki, bir neçə gün öncə İran İslam Respublikasının riyakar siyasətinin davamı olaraq, İran parlamenti Azərbaycana qarşı tamamilə saxtakarlıq və riyakarlıq nümunəsi olan uydurma "bəyanat" qəbul etmişdi:

"Əlbəttə, bu "bəyanat" Azərbaycan üçün heç bir əhəmiyyət daşımamaqla yanaşı, hər hansı bir ciddi hüquqi və ya siyasi əhəmiyyət də kəsb etmir. İran teokratik idarəetmə formalı avtoritar dövlət olduğuna görə orada parlamentin qəbul etdiyi hər hansı bir sənəd heç bir mahiyyət daşımır. Məlumdur ki, İranın cari iqtidar dövründə hətta xarici işlər nazirliyi belə ölkənin xarici siyasətinin formalaşdırılmasında vacib rol oynamır. Bütün mühüm qərarlar əsasən bir yerdən - mahiyyətcə terrorçu təşkilat sayılan SEPAH tərəfindən qəbul edilir. Elə ona görə də, "parlamentin" qəbul etdiyi "bəyanat" da İranın terrorçu simasının növbəti təzahüründən başqa bir şey deyil. Bu baxımdan deməliyik ki, İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir".

Deputat bildirib ki, bu cür riyakar bəyanatlarla fars-molla rejimi yalnız öz şovinist tərəfdaşlarını aldada bilər:

"İranda yaşayan soydaşlarımız da, milyonlarla dindaş və məzhəbdaşlarımız da belə qabaqdangəlmiş, uydurma bəyanata inanan deyil. İranın riyakar və terrorçu siması bütün dünyaya da, İslam aləminə də yaxşı məlumdur. Bütün dünya yaxşı bilir ki, İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra həyata keçirmək üçün vasitə kimi istifadə edir. Bunun növbəti təzahürü İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi "bəyanat"da bir daha öz əksini tapıb. Parlament nümayəndələri bu bəyanatda "Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaqdır və dünya müsəlmanları onları məzlum fələstinlilərin qətli və cinayətində sionist rejimin şəriki hesab edəcəklər" ini vurğulayıblar. Qeyd etməliyik ki, dünyada yaşayan ən məzlum xalq heç də fələstinli qardaşlarımız deyil. Çünki onlar öz müstəqil dövlətlərini qurmaq üçün inamla mübarizə aparırlar və Azərbaycan da bütün platformalarda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, fələstinli dindaşlarımızın haqlı mübarizələrində onları dəstəkləyir. Dünyanın ən məzlum xalqı molla rejimi altında əzilən İran xalqıdır ki, onların da içərisində ən məzlum və əzilənlər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər - bir sözlə, qeyri-farslardır.

İsraildə Azərbaycanın səfirlik açmağına "İslam aləminə və ümmətinə zərbə" olması ilə bağlı Tehran rejiminin "millət vəkilləri"nin isterik bəyanatındakı iddiaya gəldikdə isə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Özbəkistan və Qazaxıstan bu addımı atanda Tehran rejimi niyə qəzəblənməmişdi? Tam əksinə, molla rejimi Astana ilə Daşkəndin qərarlarını sakit qarşılayaraq sanki heç nə olmamış kimi davranmışdı və indi də qazaxlarla özbəklərin ünvanına fars millətçilərindən bir kəlmə tənqid səslənmir.

Həmçinin, xüsusilə vurğulamalıyıq ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıqla davam etdirərkən Tehran rejimi sadəcə "Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır" kimi amorf bəyanatlar verməklə kifayətlənirdi. Həmin İran İslam Respublikasıdır ki, tarixi torpaqlarımızda 67 məsciddən 65-i dağıdılıb, viran edilib, təhqir olunanda gözünü yumub, vandal ermənilərlə birlikdə evləri sökür, infrastrukturu talan edir, daşıyıb İrana aparırdı. Həmin vaxt sanki iranlı deputatlar kütləvi şəkildə lal, kar, kor olmuşdular. Reallıq ondan ibarətdir ki, son 30 ildə İran Ermənistanın ən ciddi dayağı, iqtisadi və maliyyə baxımından güclü dəstəkçisi olub, indi də belədir. Dünyada ən böyük zülm və ədalətsizlik örnəklərindən biri müsəlmanlara qarşı fars-erməni ittifaqının zülmüdür. Qafanda konsulluq açıb, məzhəbdaşlarının qanını tökən Ermənistana hər cür dəstəyi göstərən İranın Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etməyə heç bir haqqı yoxdur.

Əlbəttə, İranın bu təlaşının səbəbi məlumdur. Azərbaycanın tutduğu inkişaf yolunu İran da yaxşı görür. Azərbaycanın iqtisadi, hərbi, siyasi gücü günü-gündən daha da artır. Azərbaycan regionun ən güclü dövlətlərindən biri olmaq yolunda sürətlə irəliləyir. Bu da, İranı narahat edir. İran artıq, Azərbaycanı özü üçün real təlükə hesab edir. Təəssüf ki,fars-molla rejimi məhz belə düşünür. Cənab Prezident İlham Əliyevin rəhərliyi ilə Azərbaycan dövlətinin və xalqının qətiyyətini və sarsılmaz iradəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Bu qətiyyət bu gün də sarsılmadan nümayiş olunur. Cənab Prezidentin dediyi kimi, "Bizimlə ultimatum dili ilə danışmaq mümkün deyil". Azərbaycan özünün xarici siyasətində heç bir ölkə ilə məsləhətləşmir.Ölkəmiz suveren dövlətdir, kiminlə necə münasibət qurmağı özü müəyyən edir. Bunun əksini düşünənlər sözsüz ki, layiqli cavabı ən sərt şəkildə alacaqdır. Azərbaycan dövlətinin və millətinin sarsılmaz iradəsi və birliyi bunun ən yaxşı göstəricisidir" - Millət vəkili Tamam Cəfərova qeyd edib.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1225   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr