Monteneqrolu futbolçu: "Qarabağ" İtaliya A Seriyasında oynayacaq səviyyədədir"

Monteneqrolu futbolçu: "Qarabağ" İtaliya A Seriyasında oynayacaq səviyyədədir""Azərbaycan çempionatı oyunlarında tribunalar, demək olar ki, tamamilə boş olur. Matçlarımıza çox az adam gəlir. Bunu anlamaqda çətinlik çəkirəm. Başa düşürəm ki, avrokubok matçları fərqlidir və maraq başqadır. Amma düşünürəm ki, azarkeşlər yerli çempionata da maraq göstərsələr, futbolun inkişafına böyük təkan olar".

Bunu Oxu.Az saytına müsahibəsində "Qarabağ"ın monteneqrolu legioneri Marko Yankoviç deyib.

Müsahibəni təqdim edirik.

- Sona səkkiz tur qalmış böyük fərqlə lidersiniz. "Qarabağ"ı artıq çempion hesab etmək olar?

- Əslində, bunu demək istəyərdim. Baxmayaraq ki, özümüzə inanırıq, amma hələ qalib olacağımız dəqiqləşməyib. Riyazi cəhətdən çempion olana qədər diqqətli olmalı, sonacan bütün matçlara köklənməliyik.

- Zədə səbəbindən bir neçə oyun buraxdınız və keçən həftə yaşıl meydanlara qayıtdınız. Özünüzü necə hiss edirsiniz? Əvvəlki formanızı bərpa etmək üçün nə qədər vaxt lazım olacaq?

- Artıq yaxşı formada olduğumu deyə bilərəm. Çünki iki həftədən artıqdır, komanda ilə birlikdə məşqlərdə iştirak edirəm. Məşqlərimiz yüksək intensivliklə keçir. Lakin istənilən halda, oyun ritmi başqadır. Bir-iki matçdan sonra əksər futbolçular normal ritmə qayıdırlar. Məndə də belə olacağını düşünürəm.

- "Qarabağ" Azərbaycanda uğurlu klub modeli hesab edilir. Müşahidələrinizə əsasən, komandanın uğurlarının səbəbini nədə görürsünüz?

- Buna lakonik cavab verəcəyəm. "Qarabağ"ın uğurları davamlı, planlı iş, çox ağır çalışmalar və doğru skautinqlə bağlıdır.

- Bu mövsüm komanda yenidən Konfrans Liqasında pley-off oynadı. Azərbaycan futbolu üçün böyük uğur hesab edilir. Ancaq azarkeşlər Çempionlar Liqasında da, Avropa Liqasında da, elə Konfrans Liqasında da daha irəli getmək potensialının olduğu qənaətindədirlər. Sizcə, həlledici məqamlarda nə çatışmadı?

- Doğrudur ki, bu yarışlarda irəli getdik. Düşünürəm ki, xüsusən "Gent"lə dueldə mərhələni keçməyə layiq idik. Bakıda azı bir qol da vursaydıq, istəyimizə çatardıq. Bunun üçün şanslarımız da var idi. Qarşılaşdığımız bütün komandalar böyük klublardır. Həm oynadıqları çempionatlarda, həm Avropada yaxşı nəticələr qazanırlar. Onların iştirak etdikləri çempionatlar da güclüdür. Həm transferlərə, həm maaşlara "Qarabağ"dan qat-qat artıq pul xərcləyirlər. Belə komandalarla mübarizə aparmaq heç də asan deyil. Bəzən bir xırda detal, kiçik bir səhv, yanlış bir ötürmə sonra özünü göstərir və bunun cəzasını çəkməli olursan.

- "Gent"i keçə bilməməyinizdə heyətdə baş verən dəyişikliklərin nə dərəcədə rolu oldu?

- Bəzi futbolçular komandamızı tərk etmişdilər, bəziləri isə zədəli idilər. Təbii ki, bunlar bizim üçün problem oldu və oyunlarda hiss etik. Mövsümə başladığımız heyətlə mübarizə aparsaydıq, şübhəsiz, həm "Gent", həm də növbəti rəqib "Başakşehir"i mübarizədən kənarlaşdıracaqdıq.
- Azarkeşlər "Qarabağ"ı yenidən Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirlər. Sizcə, elə növbəti mövsüm bunu reallaşdırmaq potensialı varmı?

- Bəli, hər kəs bizi Çempionlar Liqasında görmək istəyir. Biz bunu hiss edirik. Ancaq heç kim bunu futbolçu və məşqçilər heyətindən çox istəyə bilməz. Çox çətin hədəfdir. Oynadığımız komandaların da məqsədi eynidir. Onlar da qrupda çıxış etmək istəyirlər. Həmişə belə matçlarda xırda detallar həlledici olur.

- Bəs özünüzün "Qarabağ"da şəxsi hədəfiniz, arzunuz nədir?

- "Qarabağ"da Çempionlar Liqasının qrupunda oynamağı çox istəyərdim. Hətta çox çətin qrupa düşsək belə, bunu arzulayıram. Eyni zamanda, Avropa Liqası və Konfrans Liqasında etdiklərimizdən daha artığını bacararıq.

- Azərbaycanda keçirdiyiniz bir ilə yaxın müddət ərzində təəssüratınız necədir?

- Kluba və şəhərə o qədər tez uyğunlaşdım ki, sanki uzun illərdir, buradayam. Hər şey həm mənim, həm də ailəmin xoşuna gəlir.

- Bəs futbolumuzun hansı özünəməxsusluqları var?

- Xüsusi bir şey qeyd edə bilmərəm. Futbol aşağı-yuxarı bir çox ölkələrdə eynidir. Sadəcə, bir məqamı vurğulamalıyam. Təəssüf ki, Azərbaycan çempionatı oyunlarında tribunalar, demək olar ki, tamamilə boş olur. Matçlarımıza çox az adam gəlir. Bunu anlamaqda çətinlik çəkirəm. Başa düşürəm ki, avrokubok matçları fərqlidir və maraq başqadır. Amma düşünürəm ki, azarkeşlər yerli çempionata da maraq göstərsələr, futbolun inkişafına böyük təkan olar.

- Tez-tez "Qarabağ"ın digər ölkələrin liqalarında necə oynayacağı ilə bağlı müqayisələr aparılır. Siz də A Seriyasında çıxış etmisiniz. Necə düşünürsünüz, "Qarabağ" İtaliya çempionatında oynaya biləcək səviyyədədir?

- Belə bir şey baş versəydi, çox maraqlı olardı. "Qarabağ" A Seriyasında oynayacaq səviyyədədir. Amma neçənci olacağını demək çətindir. A Seriyası ağır çempionatdır. Ancaq bir şeyi dəqiq bilirəm ki, azarkeşlər "Qarabağ"ın ifasında istənilən rəqibə qarşı açıq, cəlbedici oyun görəcəkdilər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1462   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr