"Bugünki ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub" - Kamilə Əliyeva

"Bugünki ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub" - Kamilə Əliyeva"Vətən müharibəsində 44 günə torpaqlarımızı işğaldan azad edən, dünyanın ən güclü orduları sırasında yer alan bugünki ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.Sovetlər İttifaqı dövründə ulu öndər Heydər Əliyev Azərbaycanda milli hərbi kadrlar hazırlanması üçün böyük cəsarətli addımlar atıb. Ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin, Birləşmiş Komandirlər ali hərbi məktəbin yaradılması, yüzlərlə azərbaycanlı gənclərin SSRİ nin ən nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi bugünkü güclü Azərbaycan ordusunun yaranmasına böyük təkan oldu".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi.

"Müstəqil Azərbaycanın Prezidenti kimi də ulu öndər ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi üçün güclü ordunun olmasının vacibliyini vurğulayırdı. Ulu öndər güclü ordu yaradılması üçün hər bir vətəndaşımızın orduya diqqət və qayğı ilə yanaşmasını şərəf borcu olduğunu qeyd edirdi. Ulu öndər hər zaman hərbi və zabit peşəsini müqəddəs peşə hesab edirdi. Onlar Vətəni, dövləti qorumaqla müqəddəs bir amala xidmət edirlər. Ulu öndər hər zaman Azərbaycan ordusunu güclü ordu, Azərbaycan hərbiçilərinin igid, mərd, cəsur olduğunu vurğulayaraq və hər bir vətəndaşa ordumuza güvənməyi tövsiyyə edirdi. Ulu öndər Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin və Azərbaycan xalqının sülhsevər olduğunu qeyd edər və ölkəmizin güclü ordu yaratmaqda məqsədi digər ölkələrin torpaqlarını işğal etmək deyil, işğalda olan torpaqlarını azad etməkdir. Güclü ordu yaratmaq həm də Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və əbədi etmək üçün çox önəmlidir.
Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi. Ulu öndər hər zaman Azərbaycan ordusuna güvəndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən təxribata layiqli cavab verməyə hazır olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan gəncinə Azərbaycan ordusunda xidmət etməyi müqəddəs bir borc olmasını tövsiyyə edirdi" ,- deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1009   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr