Elmira Axundova vəzifəsindən geri çağırılır? – RƏSMİ
Ukraynadakı səfirimiz Elmira Axundovanın vəzifəsindən geri çağırılması ilə bağlı yayılan məlumata XİN-dən münasibət bildirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu barədə onlarda hər hansı məlumat olmadığını deyib.
"Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək", - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadla Elmira Axundovanın geri çağırıldığını, Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbərinin isə artıq müəyyənləşdiyini yazıb. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.
Yeni Musavat
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2576 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr