Paytaxtda narkotik aludəçisi olan taksi sürücüləri saxlanılıb
Ötən gün Bakının Sabunçu rayonunda keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi aşkarlanıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, reyd Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib:
"Reyd zamanı saxlanılan və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülərin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Belə ki, "Toyota Prius" markalı 12-BF-907 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mahmudov Hafiz Çingiz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3-cü və 333.1-ci maddələri ilə, "Toyota Prius" markalı 10-KY-943 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Həmidov Fərid Adəm oğlu barəsində İXM-nin 322.0.2-ci və 333.1-ci maddələri ilə, "AzSamand" markalı 99-XP-197 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mustafayev Kamran Cəfər oğlu barəsində 329.1-ci və 333.1-ci maddələri ilə, "Chevrolet Cruze" markalı 99-XG-882 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Qulu Şamil oğlu barəsində 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib edilib.
Bundan başqa, iki nəfər sürücünün isə sərxoş halda nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Sərxoş halda avtomobil idarə edən VAZ 21074 markalı 10-MF-345 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhmədov Xəyyam Vahid oğlu barəsində İXM-in 342.6-cı və 333.1-ci maddələri ilə, eləcə də "Toyota Prius" markalı 90-OY-621 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Səfərli Orxan Söhbət oğlu barəsində İXM-in 329.3 və 343.1-ci maddələri ilə protokol tərtib edilib".
Qeyd edək ki, belə tədbirlərin paytaxtın bütün rayonlarında keçiriləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1729 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal
8 sentyabr 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi
12 sentyabr 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021