Azərbaycan İran şəbəkəsinə qarşı əməliyyatları dayandırmasa, bu PLAN işə düşəcək - ŞOK XƏBƏRDARLIQ

Azərbaycan İran şəbəkəsinə qarşı əməliyyatları dayandırmasa, bu PLAN işə düşəcək - ŞOK XƏBƏRDARLIQ"Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da, təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur: Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımlar nəticə əldə edə bilmədiyini görür və loyal gediş edir".

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Siyasi şərhçinin fikrincə, burada İranın iki mümkün məqsədi ola bilər:

"Birincisi, Bakıya təzyiq etmədiyini, əksinə, qonşuluq prinsipinə sadiq olduğunu, lakin "Azərbaycanın İrana qarşı cəbhə aldığını" nümayiş etdirmək. İkincisi, Azərbaycanda İran şəbəkəsinə qarşı aparılan əməliyyatların dayanmasına nail olmaq. Əsas diqqətçəkən məqamlardan biri danışıqların iki raundda aparılmasıdır. İran XİN-in məlumatına görə, xarici işlər nazirləri aprelin 7 və 8-də telefonda danışıb. Aprelin 7-də İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı "qırmızı xət"lərini izah edib. Bununla yanaşı, "müsəlmanların hamisi" obrazını yaratmaq üçün Fələstin məsələsindən istifadə edən İran İƏT-in təcili toplantısını keçirmək istəyir və mövcud situasiyada bu təşəbbüsünün bütün üzv ölkələr tərəfindən dəstəklənməsində maraqlıdır. Bu telefon danışığı Azərbaycanın adekvat addımlarının nəticə verdiyini göstərir. Tərəflər ikitərəfləri layihələrin icrası və təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edib. Ceyhun Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib".

Asif Nərimanlı vurğulayıb ki, əsas məsələ hələ də açıqdır:

"İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə "iğtişaşların yaradılması" planlarını da işə sala bilər".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1073   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun