Dünyanı SİLKƏLƏYƏN hadisə! Məxfi sənədlər və hərbi sirlər ORTAYA ÇIXDI - Bu 5 ÖLKƏ...

Dünyanı SİLKƏLƏYƏN hadisə! Məxfi sənədlər və hərbi sirlər ORTAYA ÇIXDI - Bu 5 ÖLKƏ...ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan "The New York Times" Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının Telegram və Twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb. ABŞ-ın Müdafiə Nazirliyi "təhlükəsizliyin pozulması"nı nəzərdən keçirdiyini açıqlayıb, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq departamentin məsələni araşdırdığını qeyd edib.

"The New York Times" yazır ki, məxfi sənədlərdə silah tədarükü, həmçinin batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var. Səlahiyyətlilər çox məxfi sənədləri kimin sızdırdığını müəyyən etməyə çalışır, ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırmalara başlayıb.

ABŞ mətbuatında yer alan yeni xəbərlərə görə, sızma ehtimal ediləndən çox böyükdür.

"Washington Post" qəzetində yer alan məlumata görə, sözügedən sənədlərdə Ukraynanın döyüş qabiliyyəti, potensial zəiflikləri və NATO-nun işğalı dəf etmək üçün göstərdiyi səylər detallı əks olunub, bundan başqa ABŞ-ın Çin, Macarıstan, İran, Rusiya və digər ölkələrlə bağlı olduqca həssas təhlilləri yer alıb.

Anonimlik şərti ilə danışan ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi vurğulayıb ki, fevralın sonu və martın əvvəlinə aid məxfi sənədlərin əksəriyyəti general Mark A. Milley üçün hazırlanıb və müvafiq təhlükəsizlik icazəsi olan personallar üçün əlçatandır.

"Washington Post" Pentaqona aid orijinal sənədlərin əvvəlcə "Discord"da paylaşıldığını, daha sonra "Telegram" və "Twitter"də yayıldığını iddia edib. Sosial mediada yayılan görüntülərə görə, sızdırılan sənədlərin hamısı şəkilləri çəkilməzdən əvvəl çap edilib və eyni şəkildə 4-ə qatlanıb. Bu, sızmanın mənbəyinin tək bir şəxs olması ehtimalını gücləndirir.

ABŞ rəsmiləri sızmanın arxasında Rusiyanın olduğunu düşünür və Moskva administrasiyasını dezinformasiyada ittiham edir.

Hərbi analitiklər bu cür sızmaların ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı ən ağır cinayətlərdən biri olduğuna diqqət çəkir.

Qeyd edək ki, müharibənin davam etdiyi bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya komandanlıq məntəqələri, sursat anbarları və Rusiya hərbi xətləri boyunca digər əsas nöqtələr haqqında məlumat verib.

ABŞ tərəfindən real vaxt rejimində verilən kəşfiyyat məlumatları ukraynalılara Rusiya qüvvələrini hədəfə almağa və yüksək səviyyəli generalları öldürməyə imkan verib. Budəfəki məlumat sızması isə müharibə başlayandan bəri ictimaiyyətə açıqlanan ilk Rusiya kəşfiyyatı kimi qeydə alınıb.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1240   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

10 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Tramp Ağ Evə yeni mətbuat katibi təyin etdi

"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]

10 oktyabr
.

Ərəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış

Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal

10 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10 oktyabr